Fuad Nəcəfli qış turizminə hazırlığın vəziyyəti ilə maraqlanıb
“Ağbulaq” qış turizmi Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev Ağbulaq İstirahət Mərkəzində olub, qış turizminə hazırlığın vəziyyəti ilə maraqlanıblar.
Məlumat verilib ki, Xizək mərkəzində ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, kafelər, süni qaryaratma sistemləri, xizəksürmə məktəbi mövcuddur. Sürüşmə zolaqlarında və kanallarda, eləcə də uşaqların əyləncəsi üçün nəzərdə tutulan sahədə lazımi təmizlik işləri aparılıb.
Hazırda 26 sabit, 2 hərəkət edən süni qar püskürtmə aparatı vasitəsilə ərazidə süni qar örtüyü yaradılır. Burada 120 dəst hər yaş qrupuna uyğun geyim, bir o qədər də xizək sürənlər üçün xüsusi geyim dəstləri mövcuddur.
Bu il uşaqlar üçün 60 yeni kirşə alınıb, 4 qar motorunun hər biri texniki baxış keçirilərək saz vəziyyətə gətirilib. Həmçinin mərkəzin əsas infrastrukturundan biri olan kanat sisteminə texniki baxış keçirilib və lazımi təhlükəsizlik tədbirləri görülüb. Uzunluğu 952 metr olan kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılıb.
Kanat xəttində quraşdırılması üçün yeni qapalı kabinlər də sifariş verilib. Kanat liftinin başlanğıcında və sonunda kafelər fəaliyyət göstərir. Səlahiyyətli nümayəndə Xizək Mərkəzində yeni yaradılan infrastruktura da baxıb. Məlumat verilib ki, ərazidə 3-ü VIP olmaqla 8 yeni kupe istifadəyə verilib. VIP otaqlardan 2-si 6, 1-i isə 12 nəfərlikdir. Həmçinin qonaqların rahatlığının təmin olunması məqsədilə yeni mağaza da fəaliyyətə başlayıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















