Energetika Nazirliyi ilə Çinin Milli Enerji Administrasiyası anlaşdı
Sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.“Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çinin Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb.
Marja xəbər verir ki, Görüşdə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində və ikitərəfli formatda iki ölkə arasında münasibətlərin inkişafına dair müzakirələr aparılıb.
“Bir kəmər, bir yol”u ilk gündən dəstəkləyən Azərbaycanın müxtəlif layihələrlə bu qlobal təşəbbüsün reallaşmasına töhfələrindən danışılıb. “Dövlət başçılarının dostluğu və strateji baxışlarının münasibətlərimizin hərtərəfli inkişafını təşviq etdiyi, əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.
Çinə SOCAR tərəfindən Azərbaycan və digər mənşəli xam neft, neft məhsulları, neft-kimya məhsullarının, eləcə də mayeləşdirilmiş qazın (LNG) təchizatı, ölkəmizin apstrim, daunstrim layihələrində və elekroenergetika sektorunda Çin şirkətlərinin iştirakı uğurlu enerji əməkdaşlığının nümunələri kimi qeyd edilib.
Enerji sahəsində Çin şirkətləri ilə uzunillik əlaqələrin “yaşıl enerji” layihələri və “yaşıl texnologiyas”lar üzrə əməkdaşlıqla yeni inkişaf mərhələsinə daxil olduğu bildirilib. Bu xüsusda, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında “Dongfang” şirkətinin iştirakından, “China Gezhouba Group Overseas Investment” şirkəti ilə Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələri üzrə əməkdaşlıqdan bəhs edilib. “SOCAR Trading” şirkətinin Çin bazarında fəaliyyətini genişləndirmək perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Görüş zamanı elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















