Ziraat Bank Azərbaycanın aktivləri 63% artıb
Ziraat Bank Azərbaycan 2023-cü ilin üçüncü rübünün nəticələrinə dair maliyyə hesabatlarını rəsmi internet səhifəsində yayımlayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, hesabata əsasən bank ilin əvvəlindən başlayan müsbət artım dinamikasını davam etdirib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri 63% artaraq 712 milyon manata çatmışdır.
Qeyd edilib ki, bank müştərilərin etimadını qazanmağa davam edib. Fiziki və hüquqi şəxslərin müddətli əmanətlərinin ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 70% artaraq 207 milyon manata çatmışdır. Bankın kredit portfelində də ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% artım müşahidə edilib.
Bankın qazandığı nailiyyətlərdən biri də qeyri-faiz gəlirlərində olan müsbət dinamikasıdır. Belə ki, bankın qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.8 % artaraq 11 milyon manata çatıb. Qeyd edək ki, Ziraat Bank Azərbaycanın faiz gəlirlərində də əhəmiyyətli artım müşahidə edilib. Bu göstərici üzrə artım 47 % təşkil edib.
Maliyyə hesabatına əsasən, bank 2023-cü ilin əvvəlindən 6.4 milyon manat xalis mənfəət əldə etmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























