Saxtakarlıq edən şirkətlər satınalmadan kənarlaşdırılacaq
Etibarsız təchizatçılar müəyyənləşdiriləcəkSatınalmalarda saxtakarlıq halları aşkarlanarsa, təchizatçılar satınalmadan kənarlaşdırılacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Satınalma komissiyası satınalmalarla bağlı təchizatçının saxta sənəd və (və ya) məlumat verdiyini müəyyənləşdirdikdə, həmin təchizatçını bu Qanuna uyğun olaraq satınalmadan kənarlaşdırır və bu barədə məlumatları (sənədləri) aidiyyəti üzrə göndərir.
Satınalmalarla bağlı təchizatçının saxta sənəd və (və ya) məlumat verdiyini müqavilə bağlandıqdan sonra müəyyənləşdirdikdə satınalan təşkilat bu barədə məlumatları (sənədləri) aidiyyəti üzrə göndəriləcək.
Eyni zamanda layihəyə əsasən, etibarsız təchizatçılar müəyyənləşdiriləcək.
Belə ki, təchizatçılar bu Qanunda qeyd olunan halların aşkar edildiyi gündən 5 (beş) iş günü ərzində, satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırılması və ya 1 (bir) təqvim ili ərzində 3 (üç) və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina edilməsi halında isə 15 (on beş) iş günü ərzində satınalan təşkilatın əsaslandırılmış müraciəti üzrə nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar.
Qeyd olunan hallar nəzarət orqanı tərəfindən aşkar edildikdə təchizatçılar nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar.
Etibarsız təchizatçılar nəzarət orqanı tərəfindən etibarsız təchizatçıların reyestrinə daxil edilirlər və bu barədə məlumatlar portalda yerləşdirilir.
Pozuntunun ağırlıq dərəcəsindən və təchizatçının əvvəllər belə pozuntuya yol verib-verməməsindən asılı olaraq, onun etibarsız təchizatçıların reyestrində qalma müddəti bu Qanunda nəzərdə tutulmuş qayda ilə müəyyən edilir. Təchizatçıların etibarsız təchizatçıların reyestrində qalma müddəti 3 (üç) ildən çox ola bilməz və həmin müddət ərzində təchizatçıların satınalmalarda iştirakına yol verilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)







.jpg)








