İranda ət bahalaşıb
İranda ətə tələbat kəskin azalsa da, bu ərzağın qiyməti artıb.
Bu barədə “Amerikanın səsi” radiosunun farsca redaksiyası məlumat yayıb.
Bildirilib ki, son günlər Tehranın mərkəzində ətin qiyməti 500 000 tümənə (təxminən 12 dollar) çatıb. Bəzi yerlərdə isə bu qida məhsulunun bir kiloqramının qiyməti 350 000-400 000 tümən, yaxud 8,5-9,5 dollar təşkil edir.
Qarşıdan Qurban bayramı gəlir. Ətin qiymətinin yenidən artacağı da istisna olunmur. Məlumata görə, İranda kərə yağı da 30 faiz bahalaşıb. Son aylarda qiymətlərin artması fəhlələrin, pensiyaçıların, müəllimlərin və büdcədən maliyyələşən başqa peşə sahiblərinin etirazlarına səbəb olub. Ən son misalda, Əhvazın bir sıra ictimai və dövlət təqaüdçüləri iyunun 14-də Xuzistan valiliyinin qarşısına toplaşaraq “İnflyasiya – insanların həyatının lənəti!”, “Biz ədalətdən başqa heç nə istəmirik!!”, "Biz hakimiyyətin sədəqəsini istəmirik!”, "Ey xalq düşmənləri, inflyasiyanı necə cilovlamaq olar!” kimi şüarlar səsləndiriblər.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 d. əvvəl
-
-
46 d. əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
54 d. əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
2 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
2 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir























