PAŞA Bank gəlir və mənfəətini açıqladı
PAŞA Bank ASC 2017-ci ilin birinci yarısını 13 milyon 531 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, yanvar-iyun dövründə PAŞA Bankın cəmi gəlirləri 116 milyon 858 min manat, cəmi xərcləri isə 103 milyon 327 min manat təşkil edib. O cümlədən Bank, ehtiyatlara 37 milyon 192 min manat ayırıb və 3 milyon 662 min manat mənfəət vergisi ödəyib.
Qeyd edək ki, PAŞA Bank 2016-cı ilin birinci yarısında 92 milyon 828 min manat cəmi gəlir əldə etmiş (faiz və qeyri-faiz) və 20 milyon 329 min manat xalis mənfəət açıqlamışdı.
30 İyun 2017-ci il tarixində PAŞA Bank 3 milyard 334 milyon manat cəmi aktivlərə, 2 milyard 977 milyon manat cəmi öhdəliklərə və 357 milyon 226 min manat cəmi balans kapitalına malik olub. PAŞA Bank birinci rübün sonunda 3 milyard 264 milyon manat cəmi aktivlərə, 2 milyard 838 milyon manat cəmi öhdəliklərə və 426 milyon 335 min manat cəmi balans kapitalına malik idi. Kapitalın azalması mənfəətin səhmdarlara bölüşdürülməsilə bağlıdır.
Bankın kredit portfeli cari ilin birinci rübünün sonundakı 867 milyon 969 min manatdan 819 milyon 948 min manata düşüb, depozit portfeli isə (müştərilər qarşısında öhdəliklər) 2 milyard 509 milyon manatdan 2 milyard 643 milyon manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
7 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
16 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
28 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 32 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti





























