Bolkart sahibləri 5% GƏLİR qazanacaq
Ölkənin aparıcı və ən innovativ banklarından biri olan Bank of Baku müştəri məmnuniyyəti və rahatlığı üçün növbəti yeniliyə imza atır.
Belə ki, Bank Bolkart debet və əmək haqqı kart müştərilərinə illik 5% gəlir əldə etmələrinə imkan yaradır.
Tətbiq edilən bu yenilik sayəsində müştərilər, Bankda əmanət hesabı açmadan gündəlik olaraq əlavə gəlir qazana biləcəklər. Əmanət hesabından fərqli olaraq, bu kart sahibləri balanslarındakı vəsaiti istədikləri an heç bir komissiya tutulmadan nağdlaşdıra və ya hesablarından çıxara bilərlər.
İllik 5% gəlir qazanmaq üçün, Bolkart debet və Bank of Baku-nun əmək haqqı kart sahiblərinin balansında minimum 100 AZN vəsaitin olması kifayətdir. Əlavə faiz balansdakı qalıq məbləğin üzərinə gündəlik olaraq gəlir. Bu xidmət, hələ ki, AZN valyutasında olan kartlara şamil olunur. Cari Bolkart sahibləri artıq bu üstünlükdən faydalana bilər.
Qeyd edək ki, bu yenilik Bank of Baku-nun bu yay “GƏLİİİR” şüarı altında elan edəcəyi onlarla silsilə kampaniya və yeniliklərindən sadəcə biridir.
Bank of Baku-nun bu və digər xidmətləri haqqında daha ətraflı məlumat üçün, Bankın 145 Məlumat Mərkəzinə zəng edə və ya Facebook sosial şəbəkəsindəki rəsmi səhifələrinə müraciət edə bilərsiniz.
Daha ətraflı:
www.bankofbaku.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
6 d. əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
2 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
2 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır






.jpg)
.jpg)









.jpg)






