Qlobal ərzaq qiymətləri 11 aydır davamlı olaraq düşür
FAO-nun Ərzaq Qiymətləri İndeksində azalma tendensiyası fevral ayında da davam edib. Qlobal ərzaq qiymətləri 11 aydır davamlı olaraq düşür.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qlobal ərzaq mallarının qiymətləri üzrə indeksi fevral ayında ardıcıl on birinci ayda da geriləyib.
Marja xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi fevral ayında yanvar ayına nisbətən 0,6 faiz azalaraq orta hesabla 129,8 bənd təşkil edib. İndeks illik müqayisədə (2022-ci ilin favral ayı ilə müqayisədə) 8,1 faiz geriləyib.
Taxıl Qiymətləri İndeksi aylıq müqayisədə 0,1 faiz azalıb, ötən ilin eyni ayı ilə müqayisədə 1,4 faiz artıb. Ardıcıl üç ay aşağı düşdükdən sonra beynəlxalq buğda qiymətləri fevralda 0,3 faiz artıb.
Bitki Yağı Qiymətləri İndeksi aylıq müqayisədə 3,2 faiz azalaraq 2021-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəni qeyd edib.
Süd məhsulları qiymət indeksi isə aylıq müqayisədə 2,7 faiz, illik müqayisədə 7,2 faiz azalıb.
Ət Qiymətləri İndeksi aylıq müqayisədə 0,1 faiz, illik müqayisədə 1,7 faiz geriləyib.
Şəkər Qiymətləri İndeksi isə aylıq müqayisədə 6,9% artaraq 2017-ci ilin fevral ayından bəri ən yüksək səviyyəyə çatıb.
FAO Ərzaq Qiymətləri İndeksi (FFPI) ərzaq malları səbətinin beynəlxalq qiymətlərində aylıq dəyişikliyi göstərir. O, beş əmtəə qrupu qiymət indeksinin orta göstəricisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
12 d. əvvəl
Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
-
22 d. əvvəl
Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
-
-
27 d. əvvəl
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
- 29 d. əvvəl
-
59 d. əvvəl
Şirkətdə "bəzi səhmdarların paylarının geri alınması" üçün yığıncaq keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ABŞ-a idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq etdi
-
1 saat əvvəl
Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
-
2 saat əvvəl
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
Son Xəbərlər

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Rusiyanın məhdudiyyətləri fonunda neft bahalaşıb
Ən çox oxunanlar

Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib

Bosch 13 min işçisini ixtisar edəcək

Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb
