“AzerGold”un sədrinə Macarıstanın “Vibrocomp” şirkəti haqqında məlumat verilib
“AzerGold” QSC-nin sədri Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov martın 2-də Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla görüşüb.
Səfirliyin Ticarət və iqtisadi məsələlər üzrə attaşesi, eləcə də Macarıstanın “Vibrocomp” şirkətinin nümayəndəsinin iştirak etdiyi görüşdə diplomatik nümayəndəliyin iki ölkə arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın güclənməsində xidmətlərini xüsusi vurğulayan sədr Macarıstanın ölkəmizin vaxtı ilə işğal altında olmuş əraziləri ilə bağlı beynəlxalq hüquqa, tarixi ədalətə söykənən mövqeyini daim dəstəklədiyinə görə təşəkkür edib. Zakir İbrahimov iki ölkə arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını qeyd edib.
Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu qeyd edən Tamaş Yojef Torma ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib. Diplomat ölkələrimiz arasında münasibətlərin zəngin tarixə malik olduğunu vurğulayıb, hazırda da iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Səfir Macarıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində quruculuq işlərinə də yaxın gələcəkdə töhfənin verilməsinə ümidvar olduğunu bildirərək, bunu dostluq münasibətinin növbəti təzahürü kimi qiymətləndirib.
Görüşün davamında Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında bəhs edib. Z.İbrahimov Macarıstan heyətinə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi zəfər nəticəsində azad edilmiş Kəlbəcər rayonunun mina və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilərində Cəmiyyətin icra etdiyi geoloji axtarış işləri ilə bağlı məlumat verib. Həmin ərazidə daha sürətlə və daha geniş miqyasda fəaliyyətin aparılmasına məhz Ermənistan Respublikası tərəfindən işğal dönəmində basdırılmış minaların əngəl olduğu və bu günədək mina xəritələrinin tam olaraq təhvil verilmədiyi diqqətə çatdırılıb.
Daha sonra Macarıstanın səs-küy, hava və vibrasiya ilə ətraf mühitin çirklənməsinin nəticələrinin yumşaldılmasının proqnozlaşdırılması, ölçülməsi, modelləşdirilməsi və planlaşdırılması sahəsində innovativ və yüksək keyfiyyətli yanaşmalarla texnoloji həllər, texniki yardım və məsləhət xidmətləri təqdim edən “Vibrocomp” şirkəti haqqında məlumat verilib.
Z.İbrahimov ətraf mühitin mühafizəsinin “AzerGold” QSC-nin əsas prioritetlərindən biri olduğunu qeyd edərək, hasilat sahələrində mövcud ekoloji monitorinq proqramına uyğun olaraq hava, su və torpaq nümunələrinin mütəmadi olaraq yoxlanıldığını toz, səs-küy və vibrasiya testlərinin aparıldığını diqqətə çatdırıb. Cəmiyyətin qabaqcıl istehsal texnologiyaların transferi, elmtutumlu və innovativ yanaşmaların geniş tətbiqində maraqlı olduğu qeyd edən Z.İbrahimov şirkətin nümayəndələrini hasilat sahələri ilə tanışlığa dəvət edib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın qiymətləndirilməsi baxımdan görüşün olduqca faydalı olduğu diqqətə çatdırılıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
- 35 d. əvvəl
-
1 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
























