Avrozonada baza inflyasiya rekord həddə çatıb
Avro zonasında baza inflyasiyası fevralda 5,6 faizə yüksələrək yeni rekord səviyyəyə çatıb. Əsas inflyasiya da proqnozları üstələyərək 8,5 faiz təşkil edib.
Avropa Mərkəzi Bankından (AMB) sərtləşdirici mesajlar gəlməyə davam edərkən, Avro Bölgəsində baza inflyasiya rekord səviyyəyə çatıb.
Marja xəbər verir ki, fevralda illik baza inflyasiyası 5,6% olub. Bloomberg-in sorğusuna qatılan iqtisadçılar baza inflyasiyanın 5,3% olacağını gözləyirdilər.
Baza inflyasiyasında rekord qeydə alınarkən, ümumi inflyasiya da gözləntiləri üstələyib. Fevral ayında Avrozonada istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % artıb. Bu məlumat üçün proqnoz 8,3% idi. Yanvarda istehlak qiymətləri illik 8,6% artmışdı.
Aylıq müqayisədə qiymətlər 0,8 faiz artıb.
Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard mart ayında keçiriləcək iclasdan sonra da faizin artırılmasının mümkün olduğunu, faiz artımının gələcək məlumatlardan asılı olacağını bildirib.
Kristin Laqard, "İnflyasiyanın hələ də çox yüksək olduğu bir mühitdə bu ay 0,50 bəndlik faiz artımı müzakirə olunur. İnflyasiyanı aşağı salmaq üçün əlimizdə olan alətlər var. Biz bunun üçün nə lazımdırsa edəcəyik" deyib.
İnflyasiyanın aşağı salınması üçün faiz dərəcələrinin daha da yüksəldilməsi lazım olduğunu qeyd edən Laqard, "Ancaq zirvənin harada olacağını hələ bilmirik. Faiz dərəcələri bir müddət daha yüksək səviyyədə qalmalıdır" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 15 d. əvvəl
-
-
27 d. əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
- 33 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
-
1 saat əvvəl
“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
-
1 saat əvvəl
Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
Ən çox oxunanlar

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi

Azərbaycan neftinin son qiyməti
