"Emal avadanlıqları vergidən azad edilməlidir"
Azərbaycanda emal avadanlıqlarının satışına güzəşt edilməsi nəzərdən keçirilməlidir.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov Bakıda keçirilən “Agro Business Forum Azerbaijan–2023” tədbirində bildirib.
"Azərbaycanda emal sənayesinin böyük perspektivləri var. Emal avadanlıqlarının satışına güzəşt edilməsi ilə bağlı düşünmək lazımdır. Çünki meyvə istehsalının həcmi artdıqca onun emalı məsələsini daha çox nəzərdən keçirmək lazımdır. Məsələn, 1 hektar sahədən təqribən 800 yeşik normal alma yığılır. Bunun isə təxminən 300 yeşiklik hissəsi satışa az yararlı olur. Yəni, fermer həmin məhsulu satışa çıxarmaq istəmir. Bu halda ən yaxşı yol məhsulu emal üçün təqdim etməkdir. Bu gün quru meyvə istehsalçıları hansısa vergilərdən azaddırmı? Bunu da düşünmək lazımdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və digər qurumlarla birgə son dövrlərdə ciddi müzakirələr olub. Biz vergidən azad edilmiş kənd təsərrüfatı texnikalarının ayrıca siyahısını təsdiqləmişik. Amma emal avadanlıqları bu siyahıda mövcud deyil. Düşünürəm ki, bu işi təkmilləşdirmək lazımdır”, - deyə o qeyd edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 d. əvvəl
"Bəzən betonun markası layihədə göstərilənlərə uyğun gəlmir. Belə halda tikinti dayandırılır"
- 28 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb






.jpg)






.jpg)




