ƏDV-dən azadolunma quş əti və yumurtanın qiymətinə necə təsir edəcək?
Azərbaycanın quşçuluq sahəsində yerli istehsalın qlobal bazarlardan qaynaqlanan bahalaşmadan qorunması, bunula da ölkə daxilində qiymətlərin artmasının qarşısının alınması üçün 2022-ci il ərzində bir sıra mühüm addımlar atılıb.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) Analitika və ictimaiyyətlə əlaqələr departamentinini yaydığı məlumada bildirilir ki, 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərar ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin 30 iyun tarixli “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasənh 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb. Bu Fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarıın idxalı da ƏDV-dən azad edilib.
Qeyd edilib ki, Prezidentin Fərmanına əsasən yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilə qədər, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdi.
Azərbaycan heyvandarlıq və quşçuluq sektorunda fəaliyyət göstərən müəssisələrin xahişini nəzərə alaraq Nazirlər Kabineti fevralın 7-də yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddətini 2023-cü ilin sonunadək uzadıb.
Fevralın 27-də isə Prezident İlham Əliyevin fərmanı ilə həmin məhsulların idxalının ƏDV-dən azad olunması müddətini 2024-cü ilin 1 yanvarına qədər artırılıb.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, bu addımlar istehsal olunan məhsulların maya dəyərinin artmasının qarşısını alacaq:
“Bildiyiniz kimi, 2022-ci ildə qlobal bazarlarda qeydə alınan qiymət artırıcı proseslər Azərbaycana ciddi təsir edib. Azərbaycan hökuməti bu təsirləri yumşaltmaq məqsədilə bir sıra addımlar atıb: yem və yem əlavələrinin idxalı gömrük rüsumları və ƏDV-dən, ölkədə satışı ƏDV-dən azad edilib. Bu addımlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir. Quşçuluq təsərrüfatları ötən ilin payızında əlverişli bazar konyukturasını nəzərə alaraq quş əti və yumurtanın qiymətini xeyli dərəcədə endirməyə nail oldular. Bu qiymət səviyyəsinin davam etməsi üçün dövlətin tətbiq etdiyi dəstək mexanizmlərinin bu il də qüvvədə olması vacib amil idi. Biz də bunu nəzərə alaraq, müvafiq dövlət qurumlarına müraciət etmişdik. Müraciətimizin müsbət qarşılanması göstərir ki, Azərbaycan dövləti üçün, daxili bazarı inflyasiya yaradan amillərin təsirindən qorumaq, əhalinin xərclərinin artmasının qarşısını almaq ən ümdə məsələlərdən birim olaraq qalır”.
M.Həsənli həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin son fərmanı ilə quşçuluq sahəsində istifadə olunan mühüm dərman preparatlarının idxalı da ƏDV-dən azad edilib: “Bu, quşçuluq təsərrüfatlarının xərclərinin azaldılması baxımından ciddi addımdır. Quşçuluq təsərrüfatları adından, müvafiq dövlət qurumlarına, xüsusilə də Cənab Prezidentə bu dəstəyə görə minnətdarlığımızı bildirirəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
15 saat əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
1 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
1 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
2 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 2 gün əvvəl
-
2 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
3 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
























