“AzerGold” Özbəkistanda qızıl yataqlarının işlənməsi üzrə anlaşdı
24 fevral 2023-cü il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumu imzalanıb.
"AzerGold"dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin aparılması və aşkar edilmiş qızıl yataqlarının işlənməsi sahəsində birgə əməkdaşlığın qurulması niyyətini ehtiva edən sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Özbəkistanın dağ-mədən işi və geologiya nazirinin müavini Azam Kadirxocayev imzalayıblar.
Memoranduma əsasən, “AzerGold” QSC tərəfindən Özbəkistanda nəcib metal filizi təzahür sahələri barədə mövcud geoloji məlumatların öyrənilməsi, qızıl yataqlarının tədqiqi və işlənilməsi ilə bağlı fəaliyyətə təcrübəli mütəxəssislərin cəlb edilməsi, qarşılıqlı texniki dəstəyin göstərilməsi, layihələrin icrası ilə bağlı konkret təkliflərin hazırlanması nəzərdə tutulub.
Qeyd edək ki, iki ölkə arasında dağ-mədən və geologiya sahəsində birgə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə daha əvvəl nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilərək, institusional məsələlər ətrafında müzakirələr aparılıb. Belə ki, “AzerGold” QSC-nin nümayəndə heyətinin 20-22 iyun 2022-ci il tarixlərində Özbəkistan-Azərbaycan Biznes Forumu, 2-4 noyabr 2022-ci il tarixlərində 16-cı Beynəlxalq Mədən, Metallurgiya və Metal Emalı üzrə Sərgi, 13-14 dekabr 2022-ci il tarixlərində “Özbəkistanın və Mərkəzi Asiyanın dağ-mədən sənayesi” adlı beynəlxalq konqres çərçivəsində Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfərləri, Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevin başçılıq etdiyi nümayəndə heyətinin 23-24 dekabr 2022-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərinə səfəri çərçivəsində tərəflərin müvafiq sahələri təmsil edən qurumları arasında səmərəli görüşlər keçirilib. Müzakirələr zamanı əlvan və qara metal filizi yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlıq perspektivləri, innovasiya və müasir texnologiyalar, kadr hazırlığı və ixtisasartırma istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması nəzərdən keçirib, əməkdaşlığın ilkin istiqamətləri ilə bağlı razılıq əldə edilib. Tərəflər dünyanın ən böyük qızıl hasilatçılarından olan, bu sahədə zəngin təcrübəyə malik Özbəkistan Respublikası ilə dağ-mədən və geologiya sahəsində qabaqcıl texnologiyaları tətbiq edən “AzerGold” QSC arasında hər iki ölkə ərazisində ortaq layihələrin icrası istiqamətində qarşılıqlı faydalı işbirliyinin yaradılacağına əminliklərini ifadə ediblər. Bu məqsədlə tərəflər ilkin mərhələdə memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə Özbəkistan ərazisində, gələcəkdə isə ölkəmizdə birgə geoloji proqramlar çərçivəsində kəşfiyyat-axtarış işlərinin aparılması, perspektivli yataqların öyrənilməsi və işlənilməsi ilə bağlı tərəfdaşlıq münasibətlərinin yaradılmasını müsbət qiymətləndiriblər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
1 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
2 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?

























