Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbi proqnozunu artırdı
Beynəlxalq Enerji Agentliyi (IEA) Çin iqtisadiyyatının yenidən açılması ilə əlaqədar qlobal neft tələbatının artması ilə bağlı proqnozunu yüksəldib.
Marja xəbər verir ki, IEA-nın bu gün açıqladığı aylıq neft bazarı hesabatına görə, qlobal neft tələbinin bu il keçən ilə nisbətən gündəlik 1 milyon 960 min barrel artaraq gündəlik 101 milyon 920 min barrelə çatacağı gözlənilir. Əvvəlki hesabatda bu rəqəm gündəlik 101 milyon 720 min barel olaraq qiymətləndirilmişdi.
OECD regionunda tələbatın əvvəlki ilə nisbətən 390 min barel artaraq 46 milyon 390 min barrel, qeyri-OECD ölkələrində isə 1 milyon 570 min barel artımla 55 milyon 530 min barrel olacağı hesablanır.
Covid-19 məhdudiyyətlərinin lğv edildiyi Çində gözlənilən iqtisadi canlanmanın qlobal neft tələbinin artmasına səbəb olacağı düşünülür.
Dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çində tələbat artımasının ilin sonuna kimi sürətlənərək 2021-ci il səviyyəsini keçəcəyi proqnozlaşdırılır.
Sərhədlərin yenidən açılmasının reaktiv yanacaq tələbini artıracağı gözlənilir.
Hesabata görə, gündəlik qlobal neft hasilatı keçən ay əvvəlki ayla müqayisədə 10 min barel artaraq təxminən 100 milyon 800 min barel olub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
5 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)



.jpg)







.jpg)





