Azercell-dən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinə dəstək
Lider mobil operator Türkiyəyə ezam olunmuş FHN əməkdaşlarının balansını təmənnasız şəkildə artırıb(®) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Türkiyəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri fəaliyyətlərini fasiləsiz şəkildə davam etdirirlər.
Azercell, öz növbəsində, bu ağır zamanda qardaş ölkəyə dəstək olan xilasedicilərin yanındadır. Lider mobil operator bu çətin missiyanın öhdəsindən layiqincə gələn xilasedicilərə öz təşəkkürünü bildirərək onları kəsintisiz rabitə əlaqəsi ilə təmin edib. Azercell Türkiyəyə ezam edilən fakturalı və fakturasız xətt abunəçilərinin balansını təmənnasız şəkildə artırıb. Qeyd edək ki, siyahı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilib və abunəçilərə vəsait artımı barədə SMS göndərilib.
Xatırladaq ki, bir neçə gün öncə Azercell Türkiyənin təbii fəlakət bölgələrində olan bütün abunəçilərinin rouminq balansını təmənnasız şəkildə artırıb.
“Azercell Telekom” MMC Türkiyədə böyük fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün türk xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 47 san. əvvəl
-
- 21 d. əvvəl
-
48 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 50 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib

















.jpg)




