Birjalarda son vəziyyət
Ötən həftə ərzində qlobal inflyasiyada yüksəlişin tempinin azalması və iqtisadi qeyri-müəyyənlik şəraitində qərarsız qalan mərkəzi bankların gələcək siyasəti ilə bağlı artan qeyri-müəyyənliklər fonunda investorlar aparıcı valyutalar arasında daha çox dollara etimad nümayiş etdirdilər.
Nəticədə EUR/USD və GBP/USD məzənnələri ötən həftəni müvafiq olaraq 1.0680, 1.2050 səviyyələrində, USD/JPY məzənnəsi isə 131.40 səviyyələrində tamamladılar.
Təhlillərə əsasən “Buğa”lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EURUSD və GBPUSD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər. Çərşənbə axşamı Amerikada açıqlanacaq inflyasiya göstəriciləri dollar indeksində tendensiyanın gedişində əhəmiyyətli rol oynaya bilər.
EUR
Ötən həftə neft qiymətlərində müşahidə olunan bahalaşma Avropa iqtisadiyyatında risklərin artmasına səbəb olmuşdur ki, bu da öz növbəsində EURUSD məzənnəsi üzərində təzyiqlərin bir qədər də artmasına təsir etmişdir. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.04$ hədlərinə qədər ucuzlaşa bilər. Qeyd edək ki, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, eləcə də Avrozonada açıqlanacaq ÜDM göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftəni 1.2050$ hədlərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərədə dərc olunacaq ÜDM-in həcmi, inflyasiya səviyyəsi və əmək bazarına dair göstəricilər həll edici rol oynaya bilər.
TRY
USDTRY məzənnəsi ötən həftə ərzində 18,83TL həddindəki maksimumunu qorumaqla üfüqi tendensiyasını davam etdirib. Bu həftə dollar indeksində müşahidə olunacaq tendensiya USD/TRY məzənnəsində də trendin formalaşmasına ciddi təsir edə bilər.
GOLD
İnflyasiya gözləntilərinin və mərkəzi bankların pul-kredit siyasətlərinə dair qeyri-müəyyənliyin hökm sürməsi fonunda qızıla tələb artır. Lakin dollar indeksində artım tendensiyası davam edər və 103.50 bənd səviyyəsi üzərində möhkəmlənə bilsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a kimi ucuzlaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
15 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 18 d. əvvəl
- 23 d. əvvəl
- 28 d. əvvəl
- 36 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib





.jpg)








.jpg)






