Azər Türk Bank-da hər şey "22" oldu
Azər Türk Bank bu ay 22 yaşını qeyd edir.
Düz 22 il öncə, 1995-ci ildə ulu öndər Heydər Əliyev və Türkiyə Respublikasının ilk qadın baş naziri Tansu Çillərin iştirakı ilə Dövlət Bankının açılış mərasimi baş tutmuşdur.
22 ildir ki, müştərilərin etibar etdiyi ünvan iyul ayında mövcud müştərilərini və Bankın yeni müştərisi olmaq istəyənləri sevindirməyə hazırlaşır. Bildiyiniz kimi ötən həftə Dövlət Bankı öz sosial şəbəkə səhifələrində 22 illiyi münasibətilə izləyicilərinə 22-nin onların ən sevimli rəqəminə çevriləcəyindən xəbər verdi. Bu da düz 22 gün boyunca Bankdan gələcək şad xəbərlərin göstəricisidir.
Belə ki, 22 gün, yəni 11 iyul - 1 avqust tarixlərində Dövlət Bankı aşağıdakı şad xəbərlərlə izləyicilərini sevindirəcək:
-Dövlət Bankı Azər Türk Bank düz 22 gün MasterCard biznes və debit kartlarına sahib fiziki şəxs müştəriləri üçün illik xidmət haqlarına ən az 22% endirim tətbiq etmək;
-Depozit qutusu icarəyə götürən müştərlərinin edəcəyi aylıq və ya illik ödənişlərinə 22% endirim tətbiq etmək;
-İyul ayında doğulanlara 1 illik MasterCard Standart kart hədiyyə etmək (AZN/USD/EUR);
-Bankın müştəriləri olmaq istəyənlər üçün cari hesabları pulsuz açmaq;
-POS – terminallar üzrə təyin edilmiş aylıq minimum komissya haqqı ödənişini (30 AZN) 6 ay müddətinə ləğv etmək;
-Minimal məbləği 2 200 AZN əmanət yerləşdirən müştərilərinə depozit qutularını 2 aylıq pulsuz təklif etmək.
Sonda qeyd edək ki, Bank üçün 22 sadəcə rəqəm deyil, Dövlət Bankı Azər Türk Bank-ın tarixi və qazandığı etibardır.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)







