Veysəloğlu Şirkətlər Qrupu ötən il 88 000 ton məhsulu tarladan marketə gətirib
İstehsalçıların vaxt və pul sərf edib Bakıya gəlməsinə ehtiyac qalmayıb, onlar məhsullarını satmaq üçün yaşadıqları ərazidə Şirkətlər Qrupuna təqdim edə biliblər.(®) Veysəloğlu Şirkətlər Qrupu ötən il ərzində 88,000 tonluq meyvə-tərəvəzin fermerlərdən alışını həyata keçirib. Qrup hazırda 120 fermerin məhsulunu öz mağazalarında müştərilərə təqdim edir. Əməkdaşlıq sayəsində “Araz” və “OBA” mağazalarında müştərilərin ağız dadına uyğun yerli məhsullar mümkün münasib qiymətə təqdim edilir.
Ötən il ərzində 100-dən çox əkin sahəsində isə fermerlərlə əməkdaşlıq imkanları müzakirə edilib. Şirkətlər Qrupu eyni zamanda məhsul əkininin effektiv planlaşdırılması, məhsulların düzgün qablaşdırılması və doğru şəraitdə daşınması ilə bağlı dəstək olub, beləliklə, məhsul israfı minimuma endirilib. Fermerlərlə əməkdaşlığın “qızıl qayda”sı isə məhsullarının satışı müqabilində ödənişlərin vaxtında edilməsidir. Nəticədə yerli fermerlər öz məhsullarını daha geniş satış şəbəkəsinə birbaşa təqdim etmək fürsəti əldə ediblər.
Mingəçevir və Salyanda Veysəloğlu Şirkətlər Qrupuna məxsus yerli saxlama məntəqələri və həmçinin “Şəmkir Aqroparkı”nda xüsusi məhsul qəbulu məntəqəsinin mövcudluğu həmin regiondakı fermerlərin işini asanlaşdırıb. Belə ki, istehsalçıların vaxt və pul sərf edib Bakıya gəlməsinə ehtiyac qalmayıb, onlar məhsullarını satmaq üçün yaşadıqları ərazidə Şirkətlər Qrupuna təqdim edə biliblər.
“Araz” və “OBA” mağazalarında alıcılar xüsusilə alma, armud, limon, pomidor, xiyar, badımcan, kartof, soğan, sarımsaq, kök, kələm, çuğundur növləri üzrə qiymət və yerli dad fərqini rahatlıqla anlaya bilərlər.
Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq etmək istəyən fermerlər +994559002424 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qrupun niyyəti müştəriləri mümkün münasib qiymətə və təbii məhsullarla təmin etmək, həmçinin kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmaqdır. Beləliklə, Qrup həm müştərilər, həm zəhmətkeş fermerlər üçün, ümumilikdə isə ölkə üçün dəyər yaratmağa davam edir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
51 d. əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 55 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
1 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır



















