100-dən artıq fermerin cəlbi ilə nəhəng aqropark yaradılır - 100 MİLYONDAN ÇOX SƏRMAYƏ QOYULACAQ

2022-ci ildə dövlət tərəfindən aqroparkların yaradılması üzrə işlər də davam etdirilib. Belə ki, “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" pilot layihəsi çərçivəsində Yevlax rayonu ərazisində 100-dən artıq kiçik və orta fermerlərin cəlb olunması ilə Yevlax Pilot Aqroparkı yaradılıb. Aqroparkda 100 milyon manatdan çox özəl investisiyanın qoyulması, 500 daimi və 1000-dən dən çox işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur.
Marja xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.
Nuriyev əlavə edib ki. artıq Yevlax Pilot Aqroparkın ilk rezidenti olan “İSFA” MMC-yə ayrılmış ərazinin 10 hektarında müasir suvarma sistemlərinin tətbiqi ilə tez yetişən gilas, nektarin, şaftalı, alça və ərik tingləri, həmçinin tingçilik üçün ayrılmış ərazidə 500 min ədəd tingin calaqaltısı əkilib. “İSFA” MMC daxili bazarda satış ilə yanaşı, ting ixracını da həyata keçirəcək.
Sabirabad rayonunda “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterinə inteqrasiyası” layihəsi çərçivəsində yeni pilot aqroparkların yaradılması üzrə işlər davam etdirilir. Aqroparkda 41 milyon manat özəl investisiyanın qoyulması ilə 725 işçinin işlərə cəlb edilməsi nəzərdə tutulur.
Agentliyin sədri vurğulayıb ki, aqroparklar ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, məşğulluq səviyyəsinin artırılmasında da önəmli rol oynayır. Hazırda aqroparklarda 4600-dan çox insan daimi işlə təmin edilib, 5200 nəfərdən çox insan isə mövsümi işlərə cəlb edilib. Gələcəkdə əlavə 4700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
2021-2022-ci illərdə aqroparkların əkin dövriyyəsinə cəlb olunmuş 127,2 min hektar torpaq sahəsinin 80,1 min hektarı suvarılan ərazilərdir ki, bunun da 55,4 min hektarında (67%) mütərəqqi suvarma sistemləri qurulub.
Aqroparkların 8256 min hektar ərazisində yeni intensiv və superintensiv meyvə bağları salınıb.
2022-ci ildə aqroparklarda buğda istehsalı 152 min ton, arpa istehsalı 71 min ton, dən qarğıdalı istehsalı 70 min ton, şəkər çuğunduru istehsalı 177 min ton, kartof istehsalı 26 min ton, soya istehsalı 1.9 min ton, pambıq istehsalı 31 min ton, silos üçün qağıdalı istehsalı 57 min ton və yonca istehsalı 18 min ton olub.
İnnovativ texnologiyalar tətbiq edən aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha, qarğıdalı üzrə 12-15 ton/ha, şəkər çuğunduru üzrə isə 80 ton/ha təşkil edib. Bundan əlavə aqroparklarda taxıl məhsullarının tədarükü, saxlanması və satışı üçün 493 min kub metr tutumunda taxıl anbarı kompleksləri mövcuddur ki, bu da ölkədə olan müasir taxıl anbarlarının 24%-ni təşkil edir.
Fəaliyyətə başlamış aqroparklardan 10-u ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir. Bu aqroparklarda 2022-ci ildə 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub.
Aqroparklara zəruri xarici infrastrukturun yaradılması, güzəştli kreditlərin və investisiya təşviqi sənədlərinin verilməsi ilə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir. Belə ki, indiyədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 195 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı investisiya təşviqi sənədi verilmiş 27 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt əldə edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 12 d. əvvəl
-
-
16 d. əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 18 d. əvvəl
-
22 d. əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
30 d. əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
32 d. əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
-
46 d. əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
-
1 saat əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - uçotada olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
Ən çox oxunanlar

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

"Ödənişli hərəkət zonalarında məqsəd şəxsi avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olmasının qarşısını almaqdır"

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb
