Sony-nin xalis mənfəəti artıb
Sony-nin xalis mənfəəti doqquz ayda 5% artaraq 6,2 milyard dollara çatıb.
Yaponiyanın elektronika məhsulları istehsalçısı Sony Corporation-ın səhmdarlara aid olan xalis mənfəəti 2022-2023-cü maliyyə ilinin ilk üç rübündə (31 dekabrda başa çatıb) illik müqayisədə 5% artaraq 808,968 milyard yen təşkil edib (təxminən 6,2 milyard dollar).
Marja xəbər verir ki, bu barədə şirkətin hesabatlarında bildirilir.
Sony-nin gəlirləri isə 11% artaraq 8,476 trilyon yen (65,3 milyard dollar) olub.
Maliyyə ilinin üçüncü rübünün (oktyabr-dekabr) nəticələrinə görə, Sony-nin xalis mənfəəti 5,6% azalaraq 326,809 milyard yenə (2,5 milyard dollar) düşüb. Sony-nin rüblük gəliri 12,6% artaraq 3,413 trilyon yen (26,3 milyard dollar) olub.
Şirkət bütün cari maliyyə ili üçün xalis mənfəət proqnozunu noyabrda gözlənilən 840 milyard yendən (6,4 milyard dollar) 870 milyard yenə (6,7 milyard dollar) yüksəldib. Gəlir proqnozu 11,6 trilyon yendən 11,5 trilyona qədər bir qədər azaldılıb, dollar ifadəsində isə proqnoz 89 milyard dollar səviyyəsində qalıb.
Sony Corporation dünyanın ən böyük istehlakçı elektronikası korporasiyalarından biridir. Şirkət 1946-cı ildə Yaponiyada yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
4 d. əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
-
13 d. əvvəl
Sənədləşmələrdə heyvanların sayını artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
27 d. əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
1 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
-
2 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
3 saat əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
Ən çox oxunanlar

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
