8 şirkətin "Yaşıl dəhliz"dən daimi istifadə hüququ dayandırılıb
"Hüquqpozma faktlarının araşdırılması nəticəsində 2022-ci il ərzində idxal əməliyyatları üzrə 6, ixrac əməliyyatlar üzrə 2 xarici ticarət iştirakçısının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ dayandırılıb".
Marja xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib.
Bağırov qeyd edib ki, Ümumdünya Gömrük Təşkilatının tövsiyələrinə uyğun olaraq, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətinin formalaşdırılması, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin daha çevik və şəffaf həyata keçirilməsi məqsədilə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2022-ci il ərzində 100 xarici ticarət iştirakçısı müraciət edib. Hesabat ilində 17 xarici ticarət iştirakçısına idxal əməliyyatları, 18 xarici ticarət iştirakçısına ixrac üzrə, ümumilikdə 35 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib.
Sərhəd-keçid məntəqələrinin yüklülüyünün azaldılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi məqsədilə Ticarətin Asanlaşdırılması mərkəzlərinin işinin genişləndirilməsi istiqamətində 2022-ci ilin ikinci yarımilliyində müvafiq tədbirlər həyata keçirilib.
Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsində tikinti və yenidənqurma işləri yekunlaşdırılıb, ərazidə Ticarətin Asanlaşdırılması Mərkəzinin inşası üzrə işlər başa çatdırılıb. Mərkəz gömrük rəsmiləşdirilməsi və nəzarəti prosesini sadələşdirməklə yanaşı, öz ərazisində 500-dən çox nəqliyyat vasitəsi üçün parklanma, bank, sığorta və sürücülərin asudə vaxtını keçirmək üçün zəruri hesab edilən digər xidmətləri cəmləşdirir.
Gürcüstandan daxil olan nəqliyyat vasitələrinin keçidinin intensivliyinin artırılması və hərəkətinin səmərəli şəkildə idarəolunması məqsədilə "Mazımqara" dövlət sərhədindən buraxılış məntəqəsinin yaxınlığında tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi qismən istifadəyə verilib və sərhəd-keçid məntəqələrində tətbiq olunan əməliyyatların bir hissəsinin həmin Mərkəzdə icrası təmin edilib.
29 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş"ə əsasən iki ölkə sərhədində inşa ediləcək "İpək Yolu - Abreşumis Qza" birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı 12 dekabr 2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Ticarətin Asanlaşdırılması Mərkəzində hər iki tərəfin müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qruplarının görüşü keçirilib.
Qeyd edək ki, "Yaşıl Dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 37 d. əvvəl
-
41 d. əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
2 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















