Azərbaycanda ana arı yetişdirilən təsərrüfatlara subsidiyaların verilməsi təklif edilir
Azərbaycanda ana arı yetişdirilən təsərrüfatlara subsidiyaların verilməsi təklif edilir.
Bunu "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, 2024-cü ildən etibarən arıçılıq təsərrüfatları olan şəxslərə arı ailələrinin sayına görə dövlət tərəfindən subsidiya verilməyəcək: "Nazirlər Kabinetinin təsdiqlədiyi "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası"na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya verilirdi. Bu subsidiyalar 2019-cu ildən verilir. Subsidiya verilməmişdən əvvəl ökədə 320 min arı ailəsi var idi, hazırda arı ailələrinin sayı təqribən 600 minə çatıb. Ölkədə olan bütün arı ailələri kodlaşdırılıb və Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşüb. Həm subsidiyanın verilməsi, həm arı ailələrinin qeydiyyata düşməsi bir uğurdur. Lakin Azərbaycanda ana arı yetişdirilməsi və damazlıq işi aşağı səviyyədədir".
B.Həsrətov əlavə edib ki, Azərbaycana külli miqdarda xarici ölkələrdən ana arılar gətirilir: "Rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan ərazisinə gətirilməsinə yalnız elmi-tədqiqat və təcrübə məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yol verilə bilər. Amma qeyri-qanuni yollarla arılar gətirildiyinə görə xəstəliklərə nəzarət etmək mümkün olmur".
O hesab edir ki, ana arıların ölkədə yetişdirilməsinə diqqət artmalıdı, bu, sahənin inkişafı üçün çox vacibdir: "Azərbaycana ana arılar niyə xaricdən gətirilməlidir? Biz özümüz də bunu yetişdirə bilərik".
Assosiasiya rəhbəri əlavə edib ki, Azərbaycanda arıçılıqla bağlı qanunvericiliyin yenidən işlənilməsinə ehtiyac var: "Hazırda mövcud olan qanun 2009-cu ildə qəbul edilmiş qanundur və burda çoxlu boşluqlar, çatışmazlıqlar var. Bu qanunun yenidən işlənilməsi ilə bağlı təklifi Kənd Təsərrüfatı Nazirliyinə artıq təqdim etmişik".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 47 d. sonra
-
3 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 4 d. əvvəl
-
-
11 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
17 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
29 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 33 d. əvvəl
-
48 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb























