Tesla səhmləri ardıcıl 2 gündə 20%-dən çox bahalaşıb
Tesla səhmləri bu həftə 33% bahalaşaraq 2013-cü ilin may ayından bəri ən yaxşı həftəlik performansını qeyd edib. Baş direktor (CEO) Elon Musk bu həftənin əvvəlində şirkətin 2023-cü ildə potensial olaraq 2 milyon avtomobil istehsal etməyi hədəflədiyini söyləyib.
Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri, şirkətin maliyyə hesabatlarının dərcindən sonra ardıcıl iki gün bahalaşıb.
Marja xəbər verir ki, Tesla səhmləri 10,39% də bahalaşaraq hər qiymətli kağızın qiyməti 178 dollara çatıb. Səhmlər iki gün ərzində 24%-ə yaxın bahalaşıb. İki gün öncə şirkətin bir səhminin qiyməti 144 dollar səviyyələrində idi.
Cümə axşamı açıqlanan maliyyə hesabatlarına görə, 2022-ci ildə ABŞ-ın elektrik avtomobil istehsalçı səhmdarlara aid olan xalis mənfəətində illik müqayisədə təxminən 2,3 dəfə artım göstərib. Şirkət bu il 1,8 milyon avtomobil istehsal etməyi planlaşdırır. 2022-ci ildə Tesla 1,37 milyon avtomobil istehsal edib.
Səhmdarlar və analitiklərlə söhbət zamanı Baş direktor Elon Musk şirkətin 2023-cü ildə potensial olaraq 2 milyon ədəd avtomobil istehsal etməyi hədəflədiyini söyləyib və tələbin bu avtomobillərin satışını da dəstəkləyəcəyini bildirib. Sirkət rəsmi olaraq isə 2023-cü ildə 1,8 milyon ədəd avtomobil istehsal etməyi planlaşdırdığını bəyan edib.
Amerika şirkəti Tesla Motors 2003-cü ildə elektrik nəqliyyat vasitələri və onlarla əlaqəli texnologiyaların istehsalçısı kimi təsis edilib. Şirkətin baş ofisi Kaliforniyanın Palo Alto şəhərində yerləşir. Elektrikli nəqliyyat vasitələri ilə yanaşı, şirkət öz texnologiyasından istifadə edərək akkumulyatorlar və elektrik mühərrikləri istehsal edir, onları Toyota və Daimler kimi digər avtomobil şirkətlərinə satır.
Tesla səhmlər bu həftə 33% bahalaşıb və 2013-cü ilin may ayından bəri ən yaxşı həftəlik performansını qeyd edib. Bu sıçrayış Tesla səhmlərinin 40%-dən çox ucuzlaşdığı altı aylıq bir müddətdən sonra baş verib. Səhmlərin 2022-ci ildəki 65%-lik ucuzlşaması, Tesla-nın ictimai bir şirkət olaraq 12 ildən çox müddət ərzində ən pis dövrü olub.
ABŞ-da yerləşən digər elektrik avtomobil istehsalçılarının da səhmləri bahalaşıb. Rivian səhmləri həftə ərzində 22% bahalaşarkən, ənənəvi avtomobil istehsalçıları Ford-un və General Motors-un səhmləri, hər biri 7%-dən çox dəyər qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
1 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
1 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
1 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
1 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
2 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
-
4 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib
Ən çox oxunanlar

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq
