İqtisadi Şuranın iclası keçirilib, bank sektoruna dair vergi məsələləri müzakirə olunub
Yanvarın 27-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda İqtisadi Şuranın 2023-cü il üzrə Fəaliyyət Planı və maliyyə-bank sektoruna dair vergi məsələləri ətraflı müzakirə olunub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vergi Məcəlləsinə görə, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri vergidən azaddır. Cari ilin Yanvar ayının sonunda azadolma müddəti başa çatır. Əgər uzatma olmasa, Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri fevralın 1-dən yenidən vergiyə cəlb ediləcəkdir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
2 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
4 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























