6 süd və süd məhsulları müəssisəsində istehsal dayandırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin nümayəndələri, həmçinin süd və süd məhsullarının istehsalı, emalı və idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli süd və süd məhsullarının idxalı ilə ixracının tənzimlənməsi, eləcə də bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı, sertifikatlaşdırılması barədə məlumat verib. Eyni zamanda süd məhsullarının istehsalında minimum tələblərin təmin edilməsi, qablaşdırılması və etiketlənməsi, həmçinin qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) arasında əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Q.Təhməzli çıxışı zamanı qida, o cümlədən də süd və süd məhsullarının istehsalı, emalı və ölkəyə idxalı ilə məşğul olan sahibkarların fəaliyyətlərini bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun formalaşdırmasının zəruriliyini də diqqətə çatdırıb. AQTA sədri süd və süd məhsullarının istehsalı, emalı və ölkəyə idxalı ilə bağlı mövcud uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.
Tədbirdə ölkədə istehsal olunan və respublikaya idxal edilən süd və süd məhsulları ilə bağlı mütəmadi olaraq həyata keçirilən yoxlama-nəzarət tədbirləri barədə məlumat verilib.
Bildirilib ki, yoxlamalar zamanı bu sahədə həm məhsulların təhlükəsizlik göstəricilərində, həm də etiket məlumatları ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib. Yoxlamalar çərçivəsində süd və süd məhsullarından ümumillikdə 32 nümunə götürülüb və müayinə məqsədilə AQTİ-nin müvafiq laboratoriyasına təqdim olunub. Sınaq nəticəsinə əsasən, 2 nümunədə turşululuq göstəricisi, 1 nümunənin tərkibində isə Enterobakter bakteriyasının miqdarı normadan artıq müəyyən edilib, 6 nümunənin tərkibində E.coli aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 6 müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Bundan əlavə, Rusiya Federasiyasına süd məhsullarını ixrac edən müəssisələrdə həmin ölkənin aidiyyəti qurumundan daxil olmuş müvafiq bildirişlərə əsasən, aparılmış qiymətləndirmə zamanı bir sıra nöqsanlar aşkar edilib.
Eləcə də Agentlik tərəfindən Multimonitorinq Planının icrası məqsədilə ölkə ərazisində fəaliyyət göstərən ticarət obyektlərində satışı həyata keçirilən süd məhsullarından 85 yerli istehsal, 24 idxal edilmiş məhsul olmaqla, ümumillikdə 109 nümunə götürülərək müayinə məqsədilə AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsinə əsasən, 10 pendir, 3 xama və 4 kəsmik nümunəsində mikrobioloji göstəricilərdən E.coli, 1 pendir nümunəsində Stafilokok bakteriyası, 1 kəsmik nümunəsində həm E.coli, həm də tərkibində etiket məlumatlarında bəyan edilməyən fitosterin, 1 xama nümunəsində tərkibində etiket məlumatlarında bəyan olunmayan fitosterin aşkarlanıb. Aşkar olunmuş uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə plandankənar yoxlama çərçivəsində qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Eyni zamanda vurğulanıb ki, Multimonitorinq Planı çərçivəsində götürülmüş nümunələrin etiket məlumatları təhlil edilib və 8 məhsulun üzərində tərkibində yalnız “süd yağı əvəzedicisi” və ya “bitki yağı” kimi qeydlərin olması müşahidə edilib. Bununla əlaqədar, “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunların tələblərinə uyğun olaraq, süd məhsulları istehsal edən müəssisələrin rəhbərlərinə, eləcə də istehlakçıların aldadılmasına gətirib çıxaran halların qarşısının alınması məqsədilə ticarət şəbəkələrinin rəhbərləri ilə bağlı müvafiq tədbirlər görülüb.
Qeyd olunub ki, məhsulun tərkibi qablaşdırmanın üzərindəki etiket məlumatlarında aydın göstərilməlidir. Məhsulun tərkibi ilə qablaşdırmanın üzərindəki etiket məlumatları arasında uyğunsuzluqlarla bağlı analoji hal ötən dövr ərzində enerji içkilərində də aşkarlanıb və bununla əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb. Əldə olunan bu müsbət təcrübə süd və süd məhsulları sahəsində də həyata keçiriləcək.
Görüşün sonunda süd və süd məhsulları sahəsində fəaliyyət göstərən sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib. Həmçinin fəaliyyətləri zamanı qarşılaşdıqları çətinliklərlə bağlı sahibkarlardan AQTA-nın “1003-Çağrı Mərkəzi”nə və 010-200-10-03 nömrəli telefona zəng etmələri bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
2 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
2 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
2 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 3 gün əvvəl
-
3 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
3 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
4 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 4 gün əvvəl
- 4 gün əvvəl
- 4 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə

























