“DSMF-yə illərlə pul ödəmişik, cibə gedirmiş”
“Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fonduna bir qəpik də ödənməyib, halbuki hər maaşımdan pul kəsilirdi. Bunu mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər cibə gedirmiş. Demək hər ay, illərlə soyulmuşam, yağmalanmışam. Bu, azmış kimi, gələcəyimdən də oğurlanıb...”
Bu barədə aparıcı Ülvira Qarayeva sosial şəbəkə hesabında yazıb.
Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərinin fərdi hesabda toplanmamasından şikayət edən aparıcı bildirib ki, hər ay vaxtlı-vaxtında vergiləri ödəyib, hətta elə ay olub ki, bu ödənişlərə maaşından aylıq 200 manat çıxılıb. Ü.Qarayevanın fikirlərinə vaxtilə sözügedən qurumda çalışan onlarla jurnalist qoşulub. Uzun müddət məcburi sosial sığorta ödənişlərini etmələrinə baxmayaraq, onlar da həmin məbləğlərin DSMF-nin sistemində görünmədiyini bildiriblər.
Aparıcı bununla bağlı sözügedən saytdan çıxarışı da paylaşıb:
Analoji problemlə təkcə mətbuatda çalışanlar üzləşməyiblər. Digər şirkətlərdə, hətta bəzi dövlət qurumlarında da oxşar vəziyyət yaşanır. E-sosial reyestrində qeydiyyatdan keçib Pensiya Fonduna yığılan məbləğlə tanış olanda məlum olub ki, illərlə ödənilən vəsait fərdi hesabda toplanmayıb. Bura həm DSMF-də tarixçələrin elektronlaşdırılmasından – 2006-cı ildən sonrakı, həm də kağız üzərində uçotun aparıldığı dövrə aid sənədləşmələr aiddir.
Bəs bu problem nədən qaynaqlanır? Bu halla qarşılaşan vətəndaş nə etməlidir? Vətəndaşın çalışdığı şirkətin hazırda fəaliyyətini dayandıra biləcəyini nəzərə alsaq, fərdi hesabda toplanmış kapitalı necə bərpa etmək olar?
İqtisadçı ekspert Rəşad Həsənovun bildirdiyinə görə, sözügedən problem müxtəlif səbəblərdən yaranıb: “Kağız üzərində uçotun aparıldığı dövrlə əlaqədar bir neçə səbəbdən ciddi nöqsanlar var idi. Bunlardan biri həmin dövrdə aidiyyəti dövlət qurumlarının əməkdaşlarının səmərəsiz, bəzi hallarda isə bilərəkdən nöqsanlı fəaliyyətindən qaynaqlanır. Düzgün olmayan kodlaşmanın aparılması nəticəsində insanların ödədikləri vəsaitlərin əhəmiyyətli hissəsi adsız hesablara toplanıb. Bu, şəxslərin indiki halda hesablanmış kapitalında öz əksini tapmır.
İkincisi, müəssisələrin mühasiblərinin nöqsanları səbəbindən kağız üzərindən verilən hesablarda uçotu düzgün aparmamaları və eyni zamanda aidiyyəti dövlət qurumlarının təmsilçilərinin də həmin dövrdə bu məsələyə adekvat reaksiya ortaya qoymaması, daha asan yolla həmin vəsaiti yenə də adsız hesaba köçürməsi ilə əlaqədar bu hallar yaşanıb”.
R. Həsənov həmçinin əlavə edib ki, digər məqam sonrakı dövrdə tarixçənin elektron kabinetlərə köçürülməsi ilə əlaqədar müşahidə edilir:
“2006-cı ildən bu tarixçələr elektronlaşdı və hər kəsin kabineti yaradıldı, keçmiş dövrdəki tarixçənin kabinetlərə köçürülməsinə ehtiyac yarandı. Bu dövrdə işçilərin məsuliyyətsiz davranışları və digər səbəblərdən ödənişlər vətəndaşların hesablarında əks olunmayıb. Artıq demək olar ki, bütün məlumatlar işlənib. Vətəndaşların əgər məcburi dövlət sosial sığorta haqqı, ödədikləri vəsaitlər onların fərdi hesablarında qeydiyyata alınmayıbsa, bu zaman aidiyyəti üzrə dövlət qurumuna müraciət etməlidirlər”.
Ekspert tövsiyə edir ki, vətəndaşlar sosial.az səhifəsindən öz kabinetlərinə daxil olmaqla kapitallarını yoxlasınlar. Hansı illərdə, hansı iş yerlərində, hansı əmək müqavilələri ilə işlər həyata keçirilib orada əks olunur. Bunu yoxladıqdan sonra çatışmazlıqlar varsa, aidiyyəti üzrə çalışdıqları iş yerlərinə müraciət edə bilərlər. Mühasibatlıqdan müvafiq sənədlər tələb edilə bilər. Həmin sənədlər əsasında DOST Xidmətinə yaxınlaşaraq bu məsələlərin aydınlaşması üçün məsələ qaldırsınlar: “Əgər şirkət bağlanıbsa, əllərində, yaddaşlarında olan məlumatlar varsa, onları DOST Xidmətinə təqdim etsinlər. Hər kəs nəzərə alsın ki, bu vəsaitlər orada olmadığı təqdircə, onların pensiyaları hesablanarkən, həmin məbləğlər də əks olunmayacaq. Minimum kapital tələbini yerinə yetirə bilməsələr, pensiya hüququndan məhrum olunacaqlar”.
Şikayətlə bağlı hazırda yayımı dayandırılan ANS TV-nin maliyyə idarəsindən bildirildi ki, mülki müqavilə ilə işləyən şəxslər bütün vergilərə görə özləri cavabdehdirlər.
Dövlət Sosial Müdafiə Fondundan isə sorğumuza cavab olaraq bildirildi ki, sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan bu məlumatları tam və düzgün təqdim etmək sığortaedənin vəzifəsidir. Ona görə də “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna əsasən fərdi şəxsi hesabında gəlirləri barədə məlumatlar əks olunmadıqda və ya fərqli əks olunduqda sığortaolunan məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, həmçinin hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləği ilə bağlı məlumatları dəqiqləşdirmək üçün aidiyyəti quruma və ya sığortaedənə müraciət etməlidir: “Fərdi şəxsi hesabında gəlirləri barədə məlumatların əks olunmaması və ya fərqli əks olunması sığortaedən tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabat təqdim edilmədiyi, təqdim edilmiş hesabatda şəxsin adı sığortaolunan kimi qeyd olunmadığı, sığortaedən tərəfindən hesablanmış məcburi dövlət sosial sığorta haqları tam və vaxtında ödənilmədikdə, həmçinin hesabatda şəxsin adı sığortaolunan kimi qeyd edildiyi halda məlumatlar tam və düzgün qeyd edilmədikdə baş verir”.
Fonddan həmçinin bildirilib ki, əgər vətəndaşın çalışdığı qurum artıq fəaliyyətini dayandırıbsa, fərdi şəxsi hesabında gəlirlər barədə məlumatların əks olunmaması və ya fərqli əks olunmasının araşdırılması üçün ləğv olunan qurumun hüquqi varisinə müraciət edilməlidir.

İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
16 d. əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
-
- 17 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
3 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
3 saat əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
-
3 saat əvvəl
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol





.jpg)
.jpg)




.jpg)




