“Naxçıvanbank” yenilənir, xidmət keyfiyyətini artırır - regionlarda filialların açılması hədəflənir
“Naxçıvanbank” ASC Naxçıvan Muxtar Respublikasında və paytaxt Bakı şəhərində müştərilərinə yüksək keyfiyyətli fərdi və korporativ bank xidməti göstərməkdə davam edir.
Bankın yaydığı məlumatda bildirilir ki, “Naxçıvanbank” ASC müasir dövrün tələblərinə uyğun olaraq rəqəmsallaşmanı daha da stimullaşdırmaq, həmçinin əhalinin bank xidmətlərindən daha rahat faydalana bilməsi üçün bankomat və ödəmə terminallarını yeniləyərək artırmağa davam edir. Hazırda bank ölkə üzrə 51 bankomat və 99 ödəniş terminalı ilə əhaliyə yüksək səviyədə xidmət göstərir.
Müştərilərə göstərilən xidmətin daha da yaxşılaşdırılması məqsədilə bankın "Naxçıvan" filialı əsaslı təmir edilmiş və müasir standartlara cavab verəcək şəkildə yenilənərək əhalinin istifadəsinə verilmişdir. Hazırda şəhər daxilində yerləşdiyi əlverişli mövqe və yenilənən görünüşü ilə bankın "Naxçıvan" filialı xidmət keyfiyyətini daha da artırmışdır.
“Naxçıvanbank” ASC-nin hazırda Naxçıvan Muxtar Respublikası ərazisində Baş ofis, 6 filial, 2 mübadilə məntəqəsi, həmçinin paytaxt Bakı şəhərində 1 filial və 1 mübadilə məntəqəsi fəaliyyət göstərir.
Azərbaycanın digər regionlarında yaşayan əhaliyə də yüksək keyfiyyətli bank xidmətlərinin təqdim olunmasını hədəfləyən Naxçıvanbank, bu istiqamətdə mühüm layihələr üzərində çalışır.
Naxcivanbank.az saytına daxil olmaqla müştərilər onlayn bankçılıq xidmətlərindən yararlana bilərlər.
Saytda təqdim olunan müvafiq bölmələrə daxil olmaqla müştərilər Naxçıvanbankın filiallarının, ATM-lərinin yerləşdiyi ünvanlar, fərdi və korporativ bankçılıq, kommunal ödənişlər, kredit və əmanət şərtləri, eləcə də yeni kampaniyalarla bağlı ətraflı məlumat əldə edə bilərlər.
Müştərilər onları maraqlandıran suallar, təklif və şikayətləri ilə bağlı müraciətlər bölməsinə daxil olmaqla bankla əlaqə yarada bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























