Bu işə hobbi kimi başlasa da, indi satışından yaxşı qazanc əldə edir
Eynulla Cəlalov boş vaxtlarında həyətindəki emalatxanada bambukdan əsasən çarpayı, masa, stul, kreslo, kitab rəfi düzəldir və satır.Lənkəran rayonunun Talışlı kənd sakini Eynulla Cəlalovun maraqlı hobbisi var. O, 15 ilə yaxındır ki, bambuk ağacından müxtəlif məişət əşyaları hazırlayır.
Çində “həyat ağacı” adlandırılan bambuk Lənkəran rayonuna ötən əsrin sonlarında gətirilib. Rütubətə, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimə malik cənub bölgəsinə tez uyğunlaşıb.
Eynulla Cəlalov bildirib ki, Lənkəranda əkilən bambuk ağacının hündürlüyü 20 metrə qədər olur, diametri isə yaşına uyğun genişlənir. Bu bitkinin xüsusi becərilmə qaydası var.
Həyətyanı torpaq sahəsində yetişdirilən mindən çox bambuk ağacı bu gün əl işləri hazırlamaqda Eynulla Cəlalov üçün əvəzsiz xammaldır. O, boş vaxtlarında həyətindəki emalatxanada bambukdan əsasən çarpayı, masa, stul, kreslo, kitab rəfi düzəldir. Bu əşyaların hər birinin hazırlanması üçün səbir, dözüm, ən başlıcası isə bacarıq lazımdır.
Bambuk ağacının xüsusiyyətlərindən söz açan usta bildirir ki, bu, çox nəvaziş və qulluq tələb edən bitkidir. Yaxşı qulluq olunan hər bir ağac 6 həftəyə böyüyüb boy atır. İkinci ildən isə inkişaf etməyə başlayaraq, möhkəmlənir. Bambuk ağacları müxtəlif diametrlərdə olur.
Eynulla Cəlalov xammal kimi əsasən üçillik bambuk ağaclarından istifadəyə üstünlük verir. Hazırladığı əşyalara alıcıların marağı böyükdür. Deyir ki, bu işə hobbi kimi başlasa da, indi əl işlərinin satışından yaxşı qazanc əldə edir.
Qeyd edək ki, Eynulla Cəlalov mədəniyyət işçisidir. Düzəltdiyi məişət əşyaları dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. O, bu işlərə görə fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna da layiq görülüb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







