Azərbaycanda 2023-cü ilin məhsulu üçün 1 milyon hektardan artıq sahədə payızlıq taxıl əkilib
Ölkədə buğda əkinlərinin sahəsi 7,8% artıb.Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi 2021/2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8% çoxdur.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşki edir. Bundan əlavə ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb.
2021/2022-ci təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8% artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkinləri aparılır.
Payızlıq taxıl əkinləri Azərbaycanın əkin balansının 60 faizə yaxınını təşkil edir.
Qeyd edək ki, yazlıq dənli və dənli paxlalı bitkilərin əkininə isə mart ayından start veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















