Birjalarda son vəziyyət
Ötən həftənin çərşənbə günü Avrozonada və İngiltərədə açıqlanan İstehlak Qiymətləri İndeksinin proqnozlaşdırıldığı kimi azalması fonunda İngiltərə və Avropa Mərkəzi Banklarının monetar siyasətlərini yumşaldacağı ehtimallarının daha da artması dolların qiymətlərinə bir qədər dəstək gördü. Nəticədə EURUSD və GBPUSD cütlüklərində artım tendensiyasının bir qədər səngidiyi müşahidə olunur.
Təhlillərə əsasən “Buğa”lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EURUSD və GBPUSD məzənnələrində ucuzlaşma yaşana bilər.
Cari həftə ərzində ABŞ-da açıqlanacaq İqtisadi İnkişaf Səviyyəsi, İngiltərədə, Avrozonada, Almaniyada, həmçinin Amerikada dərc olunacaq biznes aktivliyi indeksi göstəriciləri birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər. Eləcədə, Amerikada açıqlanacaq şəxsi xərclərə dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaqdır.
EUR
Ötən həftə ərzində üfüqi tendensiya sərgiləyən EURUSD məzənnəsi həftəni 1.0850 hədləri üzərində tamamladı. Təhlillərə əsasən dollar indeksindəki eniş tendensiyası dərinləşərsə, avro dollar qarşısında 1.1050 hədlərinə qədər bahalaşa bilər. Qeyd edək ki, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı və Almaniyada açıqlanacaq “İFO” Biznes Mühiti İndeksi göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftənin sonu 1.2435 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərədə açıqlanacaq Biznes Aktivliyi İndeksinə dair statistik rəqəmlər ciddi təsir edə bilər.
TRY
Bu həftənin cümə axşamı günü Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz dərəcələrini dəyişdirməməsinə baxmayaraq, USDTRY 18,80TL həddindəki maksimumunu qorumaqla üfüqi tendensiyasını davam etdirir..
GOLD
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Dollar indeksində eniş tendensiyası davam edər və 1930$ həddini qırılarsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1942$ və 2008$-a kimi bahalaşa bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
15 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 18 d. əvvəl
- 23 d. əvvəl
- 28 d. əvvəl
- 36 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib














.jpg)








