Azərbaycan şirkətinə 4,2 milyon dollarlıq kreditin ayrılması barədə sənəd imzalandı
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Mark Boumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, görüşdə ölkəmizdə KOB-ların maliyyə resurslarına çıxışının asanlaşdırılması, bu sahədə potensial və birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Orxan Məmmədov qeyd edib ki, KOBİA tərəfindən yerli sahibkarlıq subyektlərinə mövcud maliyyə alətlərinə çıxış sahəsində də dəstək göstərilir və stimullaşdırıcı tədbirlər görülür. Görüşdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Bankın Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteyo Patroni də iştirak ediblər.
Görüş çərçivəsində AYİB tərəfindən Azərbaycanın KOB subyektinə - “Az-Lead” şirkətinə 4,2 milyon ABŞ dolları həcmində kreditin ayrılması barədə müvafiq razılaşma sənədi imzalanıb.
Müvafiq vəsait şirkətin təkrar emal və saflaşdırma imkanlarını artırmaq, qurğuşun əldə etmə dərəcələrini yaxşılaşdırmaq və “Az-Lead”ə aylıq istehsalını 500 tondan 800 tona və nəhayət 1000 tondan çox artırmağa imkan verəcəkdir. Bu isə öz növbəsində şirkətə avtomobil və bərpa olunan enerji sektorlarında təkrar emal edilmiş qurğuşuna artan tələbatı ödəməyə imkan yaradacaqdır. Maliyyələşdirmə ilə yanaşı, AYİB KOB-lar üçün ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq hüquqi təhlil, eləcə də ətraf mühit, sosial və idarəetmə istiqamətlərində şirkətə dəstək olacaqdır.
Qeyd edək ki, “Az-Lead” 2014-cü ildə yaradılıb və Sumqayıt şəhərində fəaliyyət göstərir. Şirkət istifadə müddəti bitmiş qurğuşun turşusu akkumulyatorlarının təkrar emal edilməsi yolu ilə ikinci dərəcəli qurğuşun külçəsi və saflaşdırılmış qurğuşun külçələri istehsal edir. “Az-Lead” təmizlənməmiş qurğuşunun ən böyük ikinci istehsalçısı və saflaşdırılmış qurğuşun külçələrinin yeganə istehsalçısıdır. Şirkət bütün qurğuşun əsaslı məhsulları ixrac edir. “Az-Lead” 2022-ci ilin dekabrında “Təmiz ətraf mühit və yaşıl artım” nominasiyası üzrə KOBİA-nın təsis etdiyi “Dayaq” mükafatına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























