Türkmənistanda 27 dərəcə şaxta qeydə alınıb
Türkmənistanın bəzi şəhərlərində rekord dərəcədə aşağı temperatur qeydə alınıb. Belə ki, Türkmənabadda 1894-cü ildən bəri bütün müşahidə tarixi ərzində minimal hərarət rekord dərəcəyə çatıb. “Meteojurnal” nəşrinin məlumatına görə, cümə günü, yanvarın 13-də termometr sütunları mənfi 25,4 dərəcəni göstərib.
Sərhədabadda gecə 27 dərəcədən aşağı şaxta olub. Hazırkı qış bu şəhərdə 1969 və 2008-ci illəri çıxmaq şərtilə havanın bütün müşahidə tarixi ərzində ikinci ən soyuq qışdır. Bundan əvvəlki ən soyuq hava – mənfi 33,8 dərəcə yalnız 1905-ci ildə müşahidə olunub.
“ORIENT” saytı xəbər verir ki, Aşqabadda cümə günü minimal temperatur mənfi 16,4 dərəcə təşkil edib. Bu, paytaxt üçün rekord dərəcədə minimal temperaturdur.
Marı vilayətinin böyük hissəsi, Lebap vilayətinin cənub və mərkəzi rayonlarının bir hissəsi və Axalın cənub-şərqi də qeyri-səciyyəvi güclü şaxta zonasındadır.
Anomal soyuqlar səbəbindən İssık-Kul gölü donub
Qırğızıstanın şimalında yerləşən İssık-Kul gölü anomal soyuqlar nəticəsində donub.
“Xabar 24” saytı bildirir ki, temperatur mənfi 30 dərəcəyədək aşağı düşüb.
Yerli sakinlər bu hadisədən narahatdırlar. Çünki adətən İssık-Kul buz bağlamır. Sututarın adının tərcüməsinin “qaynar göl” mənasını verməsi təsadüfi deyil. Bu, gölə axıb tökülən çaylardan toplanan isti ehtiyatı ilə bağlıdır. Qeyd edək ki, İssık-Kul planetin ən dərin gölləri sırasında yeddinci yeri tutur.
XXX
Əfqanıstanda havanın kəskin soyuması 20 nəfərin ölümünə səbəb olub, 70 nəfər xəstəxanaya yerləşdirilib.
Əfqanıstanda son bir neçə gün ərzində davam edən soyuq hava şəraiti və qar nəticəsində azı 20 nəfər ölüb, 70 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə yerli "TOLOnews" telekanalı məlumat yayıb.
Bundan başqa, temperaturun aşağı düşməsi səbəbindən azı 4 000 mal-qara tələf olub, bir neçə min hektarlıq kənd təsərrüfatı sahəsi yararsız hala düşüb.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi həftə ərzində Əfqanıstanın bəzi bölgələrində temperaturun 35 dərəcə şaxtaya enə biləcəyi barədə xəbərdarlıq edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac / Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)












