"PAŞA Holdinq" Türkiyədə lüks oteli alması ilə bağlı məlumat yaydı
Azərbaycanın "PAŞA Holdinq" şirkəti Türkiyədə "Mandarin Oriental Bodrum Hotel"in 50%-lik səhmdarı olması barədə xəbərlərə reaksiya verib.
Marja.az xəbər verir ki, "PAŞA Holdinq" Türkiyənin "Astaş Holdinq" şirkətinə daxil olan "Mandarin Oriental Bodrum Hotel"in 50%-nə ortaq olduğunu təsdiqləyib.
Qeyd edilib ki, 2014-cü ildə "Astaş Holdinq" tərəfindən Bodruma gətirilən "Mandarin Oriental Bodrum" 132 yerləşdirmə vahidi ilə Beynəlxalq Otel Mükafatları tərəfindən Avropanın ən yaxşı lüks oteli mükafata layiq görülüb.
“Qrupumuzun uzunmüddətli investisiya strategiyalarında Türkiyənin əhəmiyyətli yeri var” - "PAŞA Holdinq"in Baş İcraçı Direktoru Cəlal Qasımov bildirib.
Eyni zamanda, Cəlal Qasımov bir çox sahələrdə olduğu kimi turizm sahəsində də əhəmiyyətli potensialın olduğunu və bu sahədə mühim layihələr icra edən, bununla da ölkə turizminə və iqtisadiyyatına mühim töhfələr verən "Astaş Holdinq" kimi bir qrupla tərəfdaşlıq etməkdən məmnun olduğunu qeyd edib.
""PAŞA Holdinq" Türkiyədə sərmayələri olan geniş perspektivli, möhkəm əsaslı qrupdur. İnanıram ki, brendlərimizə yaraşan bu mühüm tərəfdaşlıq ilə yaranacaq sinerji çox daha uğurlu və nümunəvi bizneslərə və yeni əməkdaşlıqlara səbəb olacaq” - "ASTAŞ Holdinq"in İdarə Heyətinin sədri Vedat AŞCI bu mühüm əməkdaşlıqla bağlı bildirib.
Qeyd edilib ki, "PAŞA Holdinq" hazırda Azərbaycan, Türkiyə, Gürcüstan və Monteneqro bazarlarında faəliyyət göstərir.
Xatırladaq ki, Marja.az Türkiyə mətbuatına istinadən xəbər vermişdi ki, PAŞA Holdinq", lüks otellər şəbəkəsi "Mandarin Oriental"ın Türkiyədəki ilk oteli olan "Mandarin Oriental Bodrum"a ortaq olub. "PAŞA Holdinq", Türkiyədə oteli idarə edən "Asta Cennetkoy Turizm ve İşletmecilik" şirkətinin 50 faizinin sahibi olub. Bu şirkət "Astaş Holding"in tərkibindədir.
650 milyon avro sərmayə ilə qurulub
Honq Konqun lüks otellər şəbəkəsi olan "Mandarin Oriental"ın Türkiyədəki ilk oteli 2014-cü ildə Bodrumda açılıb. "Astaş Holding" tərəfindən 650 milyon avro sərmayə ilə həyata keçirilən layihə Bodrumda, Göltürkbükü Cənnət körfəzində 600 hektar ərazidə yerləşir.
Qeyd edək ki, Türkiyədə "PAŞA Holdinq"ə məxsus "PD Turizm ve Gayrimenkul Anonim Şirketi" də fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
19 saat əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb











.jpg)








.jpg)

