EIA: Qlobal neft tələbatı 2024-cü ildə gündəlik 102 milyon bareli keçəcək
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası 2024-cü ildə neftə tələbatın 2023-cü illə müqayisədə 1,72 milyon barel/gün artacağını və 102,20 milyon barel/günə çatacağını proqnozlaşdırıb.
ABŞ Energetika Nazirliyinə bağlı Enerji İnformasiya Administrasiyası (EIA) qlobal neft tələbinin artmağa davam edəcəyini proqnozlaşdırıb.
Marja xəbər verir ki, EIA, 2022-ci ildə 99,43 milyon barel/gün olan istehlakın 2023-cü ildə 100,48 milyon barrel/günə yüksələcəyini təxmin edib.
Administrasiya, 2024-cü ildə neftə tələbatın 2023-cü illə müqayisədə 1,72 milyon barel/gün artaraq 102,20 milyon barel/günə çatacağını proqnozlaşdırıb.
Həmçinin EIA, qlobal neft tədarükünün (hasilatının) 2022-ci ildəki 100 milyon bareldən 2024-cü ildə sutkada 102,83 milyon barelə çatacağını proqnozlaşdırıb. 2023-cü il üçün qlobal neft hasilatı gözləntiləri 101,10 milyon barel/gün idi.
Brent markalı neftin orta qiymətinin 2022-ci ilə nisbətən 18 faiz azalaraq 2023-cü ildə 83,10 dollar/barel olacağını təxmin edən EIA, 2024-cü ildə orta qiymətin 78 dollar/barelə enəcəyini gözlədiklərini açıqlayıb. 2023-cü il üçün Brent markalı neftin orta qiymət proqnozu daha əvvəl 92,36 dollar/barel olaraq açıqlanmışdı.
ABŞ xam nefti üçün 2023-cü il üçün orta qiymət proqnozu 86,36 dollar/bareldən 77,18 dollar/barelə endirilib. 2024-cü ildə orta qiymətin 71,57 dollar/barel olacağı təxmin edilir.
EIA 2023-cü il üçün ABŞ-ın xam neft hasilatı proqnozunu 12,34 milyon barrel/gündən 12,41 milyon barrel/günə yüksəltdiyi halda, 2024-cü ildə hasilatın 12,81 milyon barrel/gün olacağını da proqnozlaşdırıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
4 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
6 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
6 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
6 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
7 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
