“Koç Holding”in yeni ödəniş sistemi Odero Azərbaycanda!
Veb-mağaza və onlayn ödəniş qəbulu xidmətləri təklif olunur.
(®) “Biznesmen istəsin, edər o!” mottolu Odero markası ilə yola çıxan Token Azərbaycan MMC Forbes 500 siyahısında yer alan “Koç Holding”in Azərbaycandakı Fintech (Financial Technology) şirkətidir. Onlayn ödənişə innovativ yanaşma gətirən Odero bazara yeni maliyyə vərdişləri qazandırmağı və onlayn satışı asanlaşdırmağı hədəfləyir. Şirkət veb-mağaza və onlayn ödəniş qəbulu xidmətləri ilə biznesmenlər və müştərilər arasında tam etibarlı, sürətli və istifadəçi dostu rəqəmsal ödəniş təcrübəsi yaradır.
Statistikaya görə dünyada onlayn alış-veriş ilbəil artır. Onlayn ticarət həcminin ötən ilə nisbətdə 12% artaraq 2022-ci ilin sonunda 5.5 trilyon USD olaraq tamamlanacağı gözlənilir. Mərkəzi Bankın rəqəmlərinə əsasən Azərbaycanda da bu il onlayn ticarət həcminin iki dəfə artdığı müşahidə edilir.
Pandemiya dövründən başlayaraq sürətlə artışa keçən onlayn alış-veriş vərdişi artmağa davam edir.
Pandemiya ənənəvi oflayn biznes sahiblərinə fəaliyyətlərinin bir anda necə dayana biləcəyi riskini, həmçinin onlayna keçərək böyümə imkanlarını göstərdi. Bu müddətdə riski fürsətə çevirərək onlayn ticarətə keçid edən bizneslər daha az zərər gördü. Onlar üçün satış prosesi fasiləsiz davam etdi, hal-hazırda da onlayn ticarət həcmlərini həm sosial media, həm də veb-sayt üzərindən sifariş almaqla böyütməyə davam edirlər. Bənzər bir halda eyni zərərlərlə qarşılaşmamaq üçün ənənəvi biznes sahiblərinin onlayna keçidi mütləqdir.
Onlayna keçid fürsətini dəyərləndirmək istəyən biznesmenlər Oderonun yardımı ilə bunu həyata keçirə bilərlər.
Oderonun təklif etdiyi xidmətlər:
- Biznesə uyğun onlayn mağaza və mobil tətbiq;
- Sayt üzərindən satışda Virtual POS;
- Sosial mediadan satışda Linklə ödəniş.
Virtual POS biznesmenlərə veb-saytda ödənişi istənilən debet və kredit kartı ilə qəbul etmək fürsəti verir, Linklə ödəniş isə məhsul məlumatlarını doldurub linkə çevirmək və müştəriyə göndərməklə ödəniş qəbulunu təmin edir.
Ödəniş qəbulu sistemi dünya standartlarına uyğun, sürətli və təhlükəsizdir. Əməliyyatlar daim nəzarətdə saxlanılır, şübhəli hallar dərhal araşdırılır və təhlükələrə qarşı tədbirlər görülür.
Odero barədə ətraflı məlumat və qoşulma üçün: (012) 310 57 10
Veb-sayt: Odero.az
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
43 d. əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
2 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
-
2 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
2 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
3 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Son Xəbərlər

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
