Nəhəng sənaye parkı gəncləri öyrədib, işlə təmin edəcək - YENİ PROQRAM
STP Şirkətlər Qrupu “Sabahın Gücü” İnkişaf Proqramını elan edirRegionun ən geniş imkanlara malik, ilk və nəhəng sənaye parkı olan STP Şirkətlər Qrupu istehsal mühəndisliyi və texniki peşələr istiqamətində xüsusi potensialı və marağı olan gənc kadrların müəyyən edilməsi və yetişdirilməsinə dəstək olan növbəti, ödənişli “Sabahın Gücü” İnkişaf Proqramına start verir.
Qrupun yaydığı məlumata görə, bu proqramın məqsədi ali, yaxud peşə ixtisas pilləsi üzrə təhsilini yeni bitirmiş, minimal iş təcrübəsi olan, inkişafa meyilli, potensiallı gənclərin bilik və peşəkar karyera bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaqdan, ölkədə spesifik peşələr üzrə insan kapitalına olan ehtiyacın ödənilməsində töhvə verməkdir.
İnkişaf proqramı STP-nin törəmə müəssisələrində, xarici şirkətlərin Akademik mərkəzlərində, yerli və xarici ekspertlərin mentorluğu ilə nəzəri və praktiki biliklərin verilməsi, fərdi bacarıqların, sosial məsuliyyətin inkişafı, ən yaxşı təcrübələrin mübadiləsi metodu ilə 6-12 aylıq müddətləri əhatə edəcək. Proqramın sonunda fərqlənən mütəxəssislər STP Şirkətlər Qrupuna daxil olan bizneslərdə işlə təmin ediləcək.
Xatırladaq ki, son iki ildə seçim mərhələlərindən uğurla keçmiş 100-dən artıq potensiallı gənc STP Şirkətlər Qrupunun inkişaf proqramlarının məzunu olmuşdur. Onların əksəriyyəti hazırda STP komandasının üzvüdür.
STP-nin “Sabahın Gücü” İnkişaf Proqramının təqdim etdiyi imkanlardan faydalanaraq gələcək karyerasında ilk addımı atmaq istəyən, müvafiq sahələrdə bilik və bacarıqlara malik, özünə güvənən gənc kadrlar https://stpcareer.com/ portalından qeydiyyatdan keçməklə istədiyi ixtisas üzrə müraciət edə bilər.
Xüsusi istedadların axtarıldığı peşə və ixtisaslarla bağlı daha ətraflı məlumatları STP Şirkətlər Qrupunun rəsmi vakansiya portalından (stpcareer.com) və sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 37 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























