"Keçən il 20-25 qəpiyə satırdıq, bu il isə 30-40 qəpiyədir"
Cəlilabadda payızlıq kələmin yığımı davam edir. Bu vaxtadək sahələrdən 30 tonadək məhsul götürülüb. Ötən illərə nisbətən bu il satış qiyməti də fermerlərin ürəyincədir.
Rayonda iqtisadiyyatın əsasını taxılçılıq, üzümçülük təşkil etsə də, tərəvəzçiliyə də böyük önəm verilir. Əkin sahələrinin əksəriyyətini isə kartofçuluq əhatə edir. Ümumiyyətlə, hər il rayonda 6 min hektara yaxın tərəvəz yetişdirilir. Torpaq-iqlim şəraiti təkrar əkinlər üçün də çox əlverişlidir. Ən çox təkrar əkilən məhsullar xiyar, lobya, kartof, kələm və yerköküdür.
Kələm əkən təsərrüfatçılar sahələrə intensiv üsulla hər hektara 5-7 minədək şitil köçürürlər. Ardıcıl aqrotexniki qulluq nəticəsində təxminən hər hektardan 100-120 sentner məhsul götürülür.
Cəlilabadlı fermerlər bu mövsüm həyətyanı və pay torpaqlarında 20 hektardan çox payızlıq kələm yetişdiriblər. Onlardan biri də Şamil Əliyevdir. Deyir ki, keçən il 1 hektar, bu il isə 1,5 hektar sahədə kələm əkib: “Avqust ayında əkilir, sentyabrın axırında isə yığım prosesi başlayır. İndi kələm mövsümüdür. Keçən il 20-25 qəpiyə satırdıq, bu il isə 30-40 qəpiyədir. Satış pis deyil, bizi qane edir”.
Əsasən kəndlərdə yetişdirilən məhsulu fermerlər çox vaxt əkin sahələrinə yaxın yol kənarında asanlıqla sata bilirlər. Bu da məhsulun kənara daşınması üçün lazım olan xərclərin azalmasına səbəb olur.
Rayonda bu sahədə ötən il məhsuldarlıq 18 faiz çox olub. Mütəxəssislərin sözlərinə görə, son dövrlərə nisbətən ölkə üzrə kələm ixracında da ciddi artım var.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Mübariz Nadirov bildirib ki, hazırda sahələrdə bol məhsul var, yığım davam edir. Hektardan orta hesabla bu günə qədər 40 sentnerdən artıq məhsul götürülüb. Ümumilikdə, orta hesabla 60-70 sentner məhsuldarlıq gözlənilir. Yığılan məhsul yerli və qonşu rayonların bazarlarına çıxarılır.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 47 d. sonra
-
3 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 4 d. əvvəl
-
-
11 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
17 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
29 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 33 d. əvvəl
-
48 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























