Azərbaycanlıların bu il Türkiyədə aldığı mənzillərin sayı açıqlandı
2022-ci ilin yanvar-noyabr aylarında (11 ayda) azərbaycanlılar Türkiyədə 1191 mənzil (ev) alıblar.
Marja.az Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir ki, azərbaycanlılar yanvarda 89, fevralda 93, martda 115, apreldə 156, mayda 118, iyunda 131 mənzil, iyulda 65, avqustda 106, sentyabrda 115, oktyabrda 99, noyabrda 104 ev alıblar. Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabr ayında azərbaycanlıların Türkiyədə aldığı mənzillərin sayı artıb.
Xatırladaq ki, azərbaycanlılar 2021-ci ilin yanvar-noyabr aylarında Türkiyədə 1332, o cümlədən yanvarında 68, fevralında 77, martında 106, aprelində 131, mayında 47, iyununda 164 mənzil, iyulunda 127, avqustunda 138, sentyabrında 162, oktyabrında 120, noyabrında 185 mənzil almışdılar.
Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279 mənzilə, 2021-ci ildə isə 1517 mənzilə mənzilə sahib olublar.
Noyabrda azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 10-cu yeri tutublar.
Xaricilərə satışlarda yenə ruslar birinci yerdədir
Türkiyədə mənzil satışları noyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 34,1% azalaraq 117 min 806 olub.
Xaricilərə mənzil satışı noyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 17,4% azalaraq 6 min 83 mənzil təşkil edib. Noyabrda xaricilərə ev satışının ümumi mənzil satışlarında payı 5,2 faiz təşkil edib. Xaricilərə mənzil satışında 2 min 616 ev satışı ilə Antalya birinci yeri tutub. Antalyanın ardınca 733 ev satışı ilə İstanbul və 567 ev satışı ilə Mersin gəlir.
Noyabrda Rusiya Federasiyası vətəndaşları Türkiyədən 2 min 575 ev alıblar. Rusiya Federasiyası vətəndaşlarının ardınca 510 mənzil alışı lə İran, 331 mənzil alışı ilə İraq və 277 mənzil alışı ilə Ukrayna vətəndaşları yer tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
7 saat əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 8 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
1 gün əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycan neftinin son qiyməti
Bank Qarabağda ilk filialını açdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub










.jpg)










