FED sədrinin açıqlamaları bazarların istiqaməti ilə bağlı həlledici rol oynaya bilər - GÜNƏ BAXIŞ
Dünən FED-in bu il üçün nəzərdə tutulmuş sonuncu və kritik toplantısı öncəsi ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) noyabrda aylıq 0.1%, illik müqayisədə isə 7.1%-lə proqnozlaşdırılandan az açıqlandı. Beləliklə, ABŞ-da inflyasiya illik müqayisədə 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.
İstehlak Qiymətlərinin Baza İndeksi də aylıq 0.2%, illik 6% göstərici ilə bazar gözləntilərinin altında qaldı.
İnflyasiyanın azalması FED-in faiz artımlarının sürətində yavaşlama ehtimallarını da artırdı. “CPİ”-dan sonra FED-in bu gün baş tutacaq toplantısında 79.4% faiz ehtimalı ilə uçot dərəcələrini 50 bənd artıracağı, 20.6 faiz ehtimalı ilə isə 75 bənd artırmağa davam edəcəyi təxmin edilir.
Həmçinin FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısının monetar siyasətlə bağlı qərar mətnində ediləcək dəyişikliklər və FED sədri Jerom Pavelin açıqlamaları bazarların istiqaməti ilə bağlı həlledici rol oynaya bilər.
Hazırda dollar indeksində qiymətlər 103.50 səviyyəsindəki psixolji bariyer səviyyəsində qərarlaşıb. Əgər bu hədd aşağıya doğru qırılarsa, qiymətlər bu ilin sentyabrından etibarən formalaşan aşağı istiqamətlənmiş kanalın dəstək xəttini test edə bilər ki, bu da 100 bənd hədlərinə təsadüf edir.
Bu gün həmçinin İngiltərədə açıqlanaq inflyasiya göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Dollar indeksindəki geriləmə fonunda qızıl kəskin bahalaşdı. Təhlillərə əsasən hazırda 1809$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1813$ həddini qıra bilsə, 1836$-a kimi bahalaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
12 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 29 d. əvvəl
-
34 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 35 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı



















