Bu tələbləri pozanların səhmdar, mülkiyyətçi və rəhbər olmasına icazə verilməyəcək
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində vətəndaş qüsursuzluğu ilə bağlı tələblərə riayət edilməsinə nəzarət proseduru müəyyənləşir.
Bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun layihəsində əksini tapıb.
Layihəyə əsasən, vətəndaş qüsursuzluğu ilə bağlı tələblər dedikdə, aşağıdakı şəxslərin öhdəlik daşıyan şəxslərdə mühüm iştirak payına sahib olmasına və ya benefisiar mülkiyyətçi olmasına, habelə öhdəlik daşıyan şəxslərdə idarəetmə funksiyalarını yerinə yetirməsinə yol verilməməsi başa düşülür:
- mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində qəsdən törədilmiş cinayətə, yaxud istənilən qəsdən törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə məhkumluğu olan şəxs;
- məhkəmə qərarı ilə iqtisadi sahədə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan müəyyən müddətə məhrum edilmiş şəxs;
- "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Investisiya fondları haqqında" Azərbaycan Respublikasının qanunları ile müeyyen edilmiş vətəndaş qüsursuzluğu tələblərinə və "Notariat haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlarda müəyyən edilmiş fəaliyyətləri həyata keçirmək üçün zəruri olan digər tələblərə cavab verməyən şəxs.
Qeyd edilən şəxslərlə yaxın münasibətdə olan şəxslər (araşdırma nəticəsində ortaq maraqlara malik olduqları müəyyən edilmiş şəxslər) onlar arasında hər hansı cinayətkar sövdələşmənin olmadığı yoxlamalar nəticəsində aşkar edildikdən sonra öhdəlik daşıyan şəxslərdə mühüm iştirak payına sahib ola və ya benefisiar mülkiyyətçi ola, habelə öhdəlik daşıyan şəxslərdə idarəetmə funksiyalarını yerinə yetirə bilərlər. Nəzarət orqanları həmin şəxslər arasında cinayətkar sövdələşmənin olub-olmamasını müəyyən etmək üçün mütəmadi olaraq araşdırma aparmalıdırlar. Nəzarət orqanları öhdəlik daşıyan şəxslərin fəaliyyətinə lisenziya və ya icazə verərkən və ya fəaliyyətə başlamaları üçün onları qeydiyyata alarkən öhdəlik daşıyan şəxsin benefisiar mülkiyyətçisini müəyyən etməli, qeydiyyat, icazə və lisenziyalaşdırma prosesində, habelə öhdəlik daşıyan şəxsin sahibliyində və idarəetmə strukturunda baş vermiş sonrakı dəyişikliklərdə bu qanunun tələblərinə əməl edilməsinə mütəmadi olaraq nəzarət etməlidirlər.
Həmin şəxslərə, habelə həmin şəxslərlə yaxın münasibətdə olan şəxslərə münasibətdə "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Investisiya fondları haqqında", "Notariat haqqında", "Vakillar və vəkillik fəaliyyəti haqqında" qanunlarla əlavə məhdudiyyət və qadağalar müəyyən edilə bilər.
Bu maddədə mühüm iştirak payı dedikdə "Banklar haqqında", "Sığorta fealiyyeti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Investisiya fondları haqqında" qanunlarla tənzimlənən maliyyə institutları üçün həmin qanunlarla müəyyən edilmiş mühüm iştirak payı nəzərdə tutulur.
Qeyd edək ki, öhdəlik daşıyan şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
23 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























