Azərbaycanda bərpa olunan enerji sahəsinə investisiya cəlbinə dair müzakirələr aparılıb
Energetika Nazirliyində Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Mereditin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji əməkdaşlığı, İqtisadi və İnvestisiya Planı çərçivəsində Azərbaycanda bərpa olunan enerji sahəsinə investisiya cəlbinə dair müzakirələr aparılıb.
Avropa İttifaqı ilə 2022-ci il 18 iyul tarixində imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu və Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının prioritet layihələrin müəyyənləşdirilməsi üçün platforma olduğu qeyd edilib. “Yaşıl enerji”nin və “yaşıl” hidrogenin istehsalı - ixracı, enerji səmərəliliyi və metan emissiyalarının azaldılmasının hər iki sənəddə əksini tapdığı və bu istiqamətlərdə fəaliyyətin həyata keçirilməsinə maliyyə dəstəyinin vacibliyi vurğulanıb.
Görüşdə beynəlxalq enerji şirkətləri ilə reallaşdırılan bərpa olunan bərpa olunan enerji layihələri və istehsal olunacaq “yaşıl enerji”nin nəqli məqsədilə planlaşdırılan ixrac marşrutları, ərazilərin xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi inkişafına nail olmaq və 2050-ci ildə istixana qazı emissiyalarını 40% azaltmaq məqsədilə həyata keçirilən tədbirlər və planlar, enerji səmərəliliyi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Bu kontekstdə Avropa İttifaqının maliyyə dəstəyinin zəruri hesab edildiyi konkret layihələr təklif edilib. Xüsusilə, Qara dəniz sualtı elektrik xətti, “yaşıl” hidrogen layihələri, azad edilmiş ərazilərdə evlərin damına günəş panellərinin qurulması, istilik təchizatının qurulması və binalarda enerji səmərəliliyi ilə bağlı maliyyə və texniki dəstək xarakterli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
21 d. əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
-
43 d. əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
1 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
-
2 saat əvvəl
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Ən çox oxunanlar
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib





















