Bakının məşhur bazarı rusiyalı milyarderin əlinə keçdi
Bu günlərdə Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elana görə, Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Təzə bazar” MMC-nin ləğv edilməsi prosesinə başlanılıb. Həmin MMC Bakıda eyni adlı məşhur bazarın mülkiyyətçisi idi.
Bəs “Təzə bazar” MMC-nin ləğvinin səbəbi nədir? Bakının bu məşhur bazarı fəaliyyətini dayandırır?
Məlum olub ki, “Təzə bazar” bu yaxınlarda mülkiyyətçisini dəyişib, bazar Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı milyarder Qod Nisanova satılıb. Sövdələşmənin təfərrüatları isə məlum deyil. Xatırladaq ki, Qod Nisanov Rusiyanın daşınmaz əmlak kralıdır.
“Təzə bazar”ın adı mətbuatda dəfələrlə qalmaqallarla bağlı çəkilib. Belə ki, bazarın keçmiş sahibi, iş adamı Məmmədağa İbrahimovla şəriki - “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi, Sabirabad rayonun keçmiş icra başçısı Vaqif Şıxəliyev arasında uzun müddətdir ki, mülk davası gedirdi. Hətta bu yaxınlarda Məmmədağa İbrahimov mətbuata açıqlamasında özünün və ailəsinin şəriki tərəfindən təhdid edildiyini bildirmişdi.
İş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, özünün və ailəsinin şəriki tərəfindən ölümlə hədələndiyi haqda məlumat vermişdi. Bundan əvvəl isə dəfələrlə Şıxəliyevin adamları ilə İbrahimovun adamları arasında münaqişələr, kütləvi qarşıdurmalar baş verib. Habelə bazarda bu ilin aprelində müəmmalı yanğın hadisəsi olub.
Nəhayət bu mübahisəli bazar mülkiyyətçisini dəyişib və aldığımız məlumata görə yeni mülkiyyətçi artıq bazarın məsul işçilərini dəyişib, yenilərini təyin edib. Lakin yeni sahibkarın bazarla bağlı gələcək planları məlum deyil. Bəzi şayiələrə görə bazar söküləcək və yerində yeni, daha müasir bazar tikiləcək.
Bazarın keçmiş sahibi Məmmədağa İbrahimovla əlaqə saxlamağa çalışılıb. Məlum oldu ki, bazar satılandan sonra iş adamı telefon nömrələrini dəyişib və “əhatə dairəsində” deyil. Buna görə də, onunla ünsiyyət yaratmaq mümkün olmadı.
Xatırladaq ki, “Təzə bazar” 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra Səhmdar Cəmiyyət ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb. “Təzə bazar” Bakı şəhərinin ən qədim bazarlarından biri hesab edilir.
Qeyri-rəsmi məlumata görə bazardan hər ay icarə haqqı şəklində 300 min manata yaxın vəsait yığılırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)







