Hər kəs bundan sonra “Harika” deyəcək
(®)“Harika” brendinin təqdimetmə mərasimi keçirilib.
Bazara yeni daxil olan “Harika” brendinin çətiri altında makaron və spagetti çeşidləri, un və un məmulatları təqdim ediləcək. Məhsul bazara “Bir sözlə Harika...” sloqanı ilə daxil olacaq.
“HARİKA” makaron və spagettiləri zövqlə yemək bişirmək, zərif süfrə açmaq və fərqli təamlar hazırlamaq üçün idealdır. İstehlakçılar “HARİKA” makaron və spagettilərindən təkcə qarnir kimi yox, eyni zamanda müxtəlif növ salat, şorba əlavəsi və soba yeməklərinədə istifadə edə biləcəklər. “HARİKA” unları ilə bişirilən şirniyyatların isə nəfis, havalı, ətirli və yumşaq olacağına əmin ola bilərsiniz.
ARGE çalışmaları ilə yaxşı makaron və un necə olmalıdır sualı araşdırılmış, nəticədə seçilmiş xammal, müasir avadanlıq və sınanmış reseptura ilə Harika brendi yaradıldı. “Harika” makaron və spagetti çeşidlərinin istehsalında dünyanın müxtəlif ölkələrindən alınmış sərt durum buğdasından istifadə edilir. Buna görə də Harika makaron və spagettiləri yüksək zülal miqdarına, təbii qızılı rəngə, aşağı nişastalılığa, zəngin mikroelement və vitaminlərə sahib özəllikdədir. Məhsulun tərkibi insan sağlamlığı üçün vacib olan A vitamini, kalium, kalsium, fosfor, dəmir, maqnezium, beta keratin kimi mikroelementlərlə zəngindir.
Qeyd edək ki, Harika makaron və unları İtaliyanın “Fava”, “Ricciarelli”, İsveçrənin “Buhler” avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilir. Məhsullar müasir avadanlıqlarla təchiz edilmiş və akreditasiyadan keçmiş labaratoriyada daima yoxlanılır.
Məlumat üçün bildirək ki, “Harika” markasının təqdimetmə mərasimndə aşpazlar, qida sahəsində yazan bloggerlər, jurnalistlər, müxtəlif şirkət rəhbərləri və nümayəndələri iştirak edib. Qonaqlar üçün müxtəlif əyləncəli oyunlar, musiqili şou proqram və ziyafət təşkil edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
6 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
7 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
7 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























