Naxçıvanın iqtisadi artım rəqəmi açıqlandı
Naxçıvan iqtisadiyyatı 2,6 faiz artıb.
Naxçıvan muxtar respublikasında 2022-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 446 milyon 943 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5272,4 manat olmuşdur.
***
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-oktyabr aylarında 953 milyon 501 min 400 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.
***
Vəsait qoyuluşları çərçivəsində 2022-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 885 milyon 386 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,8 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 834 milyon 639 min 900 manatı və ya 94,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
***
2022-ci ilin yanvar-oktyabr aylarında 475 milyon 517 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 23122 ton, süd istehsalı 81908 ton olmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,7 faiz, süd istehsalı isə 1,4 faiz artmışdır.
***
2022-ci ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 52 milyon 255 min manat olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətlərinin dəyəri 38 milyon 757 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,7 faiz artmışdır.
***
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2022-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 232 milyon 952 min 600 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 25,4 faiz çoxdur. Verilmiş kreditlərin 19 milyon 19 min 800 manatı və yaxud 8,2 faizi qısamüddətli, 213 milyon 932 min 800 manatı və yaxud 91,8 faizi uzunmüddətli kreditlər olmuşdur.
***
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
***
2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 596,2 manat olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çoxdur.
***
1 oktyabr 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 2180 nəfər artaraq 464 min 896 nəfər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
14 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
