Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Faiz dərəcəsinin aşağı salınmasının davam edəcəyi və təkrəqəmli səviyyəyə endirilməsi gözlənilir.Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, Bankın faizini 150 baza bəndi də azaldaraq 10,50%-dən 9,00%-ə salacağı gözlənilir.
TCMB əvvəlki iclasında bəyan etmişdi ki, dekabr ayında da faiz azaldılacaq və sonra gözləmə mövqeyi tutulacaqdır.
Qeyd edək ki, Türkiyədə rəsmi illik inflyasiyanın 85%-i keçməsinə baxmayaraq Türkiyə Mərkəzi Bankı sentyabr ayından başlayaraq faizini azaldır. Adətən inflyasiya yüksələn zaman mərkəzi banklar faiz artırırlar. Türkiyə Mərkəzi Bankı isə əks hərəkət edərək inflyasiyanın artdığı bir dövrdə faiz azaldır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, faizlərin yüksək olması inflyasiyaya artırıcı təsir edir. Prezident iqtisadi inkişafın və ixracda artımın davam etməsi üçün faizlərin aşağı olmasının lazım olduğunu müdafiə edir.
Türkiyə Mərkəzi Bankının bu gün gözlənilən faiz endirimini əvvəlcədən bəyan edildiyi üçün artıq Türk Lirəsi aktivlərində və Lirənin məzənnəsində böyük nisbətdə əks olunub. Mərəkzi Bankın faiz qərarından sonra yayacağı press-reliz investorlar tərəfindən diqqətlə izlənəcəkdir.
Dollar/TL məzənnəsində texniki cəhətdən, müqavimət nöqtəsi olaraq 18,65 - 18,75 - 18,85 səviyyələrini, dəstək nöqtəsi olaraq isə 18,45 - 18,32 - 18,15 səviyyələrini nəzərdən keçirmək olar.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
12 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 29 d. əvvəl
-
34 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 35 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı



















