Dünyanın ən mürəkkəb yatağında quyu qazdılar

Müəssisə 14 saylı quyunun tikintisi işlərini uğurla yekunlaşdırdı
SOCAR-AQŞ Ümid yatağının 1 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 6352 m olan 14 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.
Qeyd edək ki, 7-ci horizonta qazılan 14 saylı quyunun inhirafı 1000 m təşkil edir.
Müəssisənin Dərin Quyular üzrə Əməliyyat Meneceri Eldar Yaradanquliyev 1 saylı özüldə müəssisənin apardığı qazma işlərinə münasibət bildirərək qeyd edib ki, dünyanın ən mürəkkəb və yüksək təzyiqli yataqlarından biri hesab olunan Ümid-də sifarişçi tərəfindən təyin olunan texnoloji parametrlər SOCAR-AQS tərəfindən dəqiq yerinə yetirilib. 14 saylı quyu keyfiyyətlə və təhlükəsiz tikilərək sifarişçiyə təhvil verilib.
‘’Peşəkar qazma briqadamız qarşıya qoyulan vəzifə və öhdəlikləri məsuliyyətlə yerinə yetirərək bu sınaqdan uğurla çıxdı. 7-ci horizonta qazılan quyuya istismar kəmərı endirilmiş, sementlənmiş və uğurla kipliyə yoxlanılmışdır.
Ümid kimi yüksək təzyiqli yataqda quyu tikintisini uğurla yerinə yetirmək təcrübəsi müəssisəmizin beynəlxalq qazma layihələrində iştirak potensialını xeyli artırır. Əminəm ki, bundan sonra da potensialımızı və təcrübəmizi yeni texnologiyalarla birləşdirərək bu uğurun davamlı olmasını təmin edə biləcəyik!’’.
Baş direktorun müavini, Baş geoloq İftixar Qasımov 14 saylı quyuda aparılan geofiziki ölçü işlərinə münasibət bildirərək qeyd etdi ki, müəssisə sifarişçi tərəfindən sifariş edilən geofiziki ölçü işlərini tam yerinə yetirməklə yanaşı müasir Ultrasonic (İBC) cihazından da uğurla istifadə edib.
’’Bu cihaz vasitəsilə istismar kəmərinin arxasında müxtəlif intervallarda sementin zonal izolyasıyasını dəqiq müəyyən edə bilirik. Yeni nəsil geofiziki ölçü cihazlarının uğurlu tətbiqi quyu tikintisinin keyfiyyətlə başa çatdırılmasına təsir edən əsas amillərdən biridir’’.
Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.
Sifarişçi SOCAR-ÜMİD MMC-dir.
SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hal-hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
20 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
