“Google Pay™” artıq Expressbank mobil tətbiqində aktiv oldu!
(®) Mütəmadi olaraq baş verən innovativ həllər və texnoloji yeniliklər bir çox sahələrə öz təsirini göstərmişdir. Həmçinin, maliyyə sistemində də gündəmə gələn ən müasir texnoloji yenilikləri xüsusilə qeyd edə bilərik. Xidmət və məhsullarına müasir həlləri və yenilikləri tətbiq edərək hər keçən gün daha da inkişaf edən Expressbank, müştəriləri üçün daha bir xidmət yeniliyini təqdim edir.
Artıq “Android” mobil cihazlarında “Express24” mobil tətbiqi üzərindən “Google Pay™” rəqəmsal ödəniş sistemi vasitəsilə rahat və təhlükəsiz şəkildə təmassız ödənişlərin qəbul olunduğu məntəqələrdə ödənişlər etmək mümkündür. Belə ki, yeni funksiyanın qazandırdığı digər bir üstünlüyü də qeyd etmək istərdik:
Expressbank VISA Infiniti kart sahibləri “Google Pay™” vasitəsilə etdikləri POS terminal ödənişlərindən 6% “cashback”, digər Expressbank VISA kart istifadəçiləri isə 3% “cashback” qazanacaqlar. Kampaniya həm ölkədaxili, həm də ölkəxarici POS terminal ödənişləri üçün keçərlidir.
“Google Pay™”ə qoşulmaq üçün “Android” əməliyyat sistemini dəstəkləyən cihazlarda “Express24” mobil tətbiqinə daxil olaraq:
- “Google Pulqabı™” ya əlavə etmək istədiyiniz kartınızın üzərinə sıxırsınız;
- “Google Pay™-ə keçid et” daha sonra isə “Google Pay™-ə əlavə et” düyməsini basırsınız;
- Açılan növbəti pəncərələrdə şərtləri qəbul edib prosesi tamamlayırsınız.
Digər üsul isə:
- “Google Pulqabı™” tətbiqini yükləyirsiniz;
- “Expressbank” VISA kartlarınızı “Google Pulqabı™”ya əlavə edirsiniz;
- Kart məlumatlarınızı daxil edirsiniz;
- Prosesləri addımlı şəkildə həyata keçirib, “Google Pay™”ə qoşulursunuz.
Burada “Google Pulqabı™”ya daxil etdiyiniz kart məlumatlarınızın məxfiliyi tam şəkildə qorunur.
“Google Pay™” ilə ödəniş etmək üçün isə:
- Android mobil cihazınızda NFC funksiyasını aktiv edin;
- Ödəməyə hazır olduğunuz zaman telefonunuzun kilidini açın;
- Onu müvafiq olaraq terminallarda “GPay” işarə ilə qeyd olunan kart oxuyucusuna yaxınlaşdırın;
- Ödəniş prosesini yekunlaşdırın.
Xüsusilə qeyd etmək istərdik ki, “Google Pay™”ə qoşulmaq üçün heç bir əlavə ödəniş və ya komissiya haqqı tələb olunmur.
“Express24” mobil tətbiqini yükləmək üçün bu linkə və “Google Pay™” haqqında digər məlumatlar üçün isə bu linkə keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 18 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 39 d. əvvəl
- 49 d. əvvəl
-
56 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib























