"Biz inflyasiyanın aşağı salınmasında irəliləyiş əldə edirik"
ABŞ prezidenti Co Bayden oktyabr ayı inflyasiya məlumatlarını qiymətləndirib.
"Bugünkü məlumatlar göstərir ki, biz iqtisadi artım və iş yerlərinin yaradılması sahəsində əldə etdiyimiz bütün irəliləyişlərdən əl çəkmədən inflyasiyanın azaldılmasında da irəliləyiş əldə edirik", - Bayden deyib.
İqtisadi planın nəticə verdiyini qeyd edən Bayden, inflyasiyanın normal səviyyəyə qayıtmasının zaman tələb edəcəyini əlavə edib.
ABŞ Əmək Nazirliyinin bu gün açıqladığı məlumatlara görə, İstehlakçı Qiymətləri İndeksi (CPI) oktyabr ayında aylıq 0,4 faiz, illik isə 7,7 faiz artaraq gözləniləndən daha çox yavaşlayıb.
"Oktyabrda ABŞ-da istehlak qiymətləri indeksi sentyabrda 8,2% artdıqdan sonra oktyabrda 7,7% artıb", - ABŞ Əmək Nazirliyinin press-relizində bildirilir.
Analitiklər illik faiz inflyasiyanın 7,9 - 8%-ə qədər yavaşlayacağını gözləyirdilər. Beləliklə, illik inflyasiya analitiklərin proqnozundan daha çox yavaşlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
16 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























