Bitcoin kəskin ucuzlaşdı
Kriptovalyuta birjaları Binance və FTX arasındakı gərginlik kriptovalyuta bazarlarında satışlara səbəb olub. Marja xəbər verir ki, Bitcoin 18 min səviyyəsindən də aşağı düşərək 17 min 603 dolları görüb.
Gərginlik Binance-ın Baş direktoru Changpeng Zhao ilə FTX-in Baş direktoru Sam Bankman-Fried arasındadır. Bu yaxınlarda Changpeng Zhao-nun FTX-in tokeni FTT-də bütün mövqelərini bağladığını elan etməsi FTX-in iflası ilə bağlı narahatlıqları artırıb. Sam Bankman-Fried isə bazar ertəsi verdiyi açıqlamada heç bir problem yaşamadıqlarını bildirib.
Dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan Binance-ın, "likvidlik problemləri" yaşadığını iddia edərək rəqibi FTX.com-u alacağı xəbəri kripto aktivlərində geniş satış dalğasına səbəb olub.
Çərşənbə axşamı Binance, rəqibi FTX-i əldə etmək üçün danışıqlara başladığını elan edib. Açıqlamadan sonra əvvəlcə məhdud yüksəliş yaşayan və 20 mini keçən Bitcoin, daha sonra satışlarla 18 min səviyyəsindən də aşağı düşüb. Bakı vaxtı ilə saat 10:30-da Bitcoin 7%-ə yaxın ucuzlaşma ilə 18 min 404 dollardan ticarət olunub. Digər kriptovalyutalar da kəskin uculaşıblar. Ether, Polkadot, Avalanche, Solana və Dogecoin də kəskin satış dalğasından əziyyət çəkib.
Zhao tvitində FTX-i əldə etmək üçün məcburi olmayan niyyət məktubu imzaladıqlarını açıqlayıb. Treyderlərin fikrincə, sövdələşmənin məcburi olmayan məktuba əsaslanması qeyri-müəyyənliyi artırır ki, bu da satış dalğasının artmasına səbəb olur.
Binance və FTX arasında soyuq müharibənin 2018-ci ildən bəri davam etdiyi məlumdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
53 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
57 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























