Azərbaycan mənşəli xam neft satıb, 26 milyard dollar qazanıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - "SOCAR Trading"in 2016-ci ildə gəlirləri əvvəlki illə müqayisədə 14% artaraq 25,9 mlrd. ABŞ dolları olub.
"SOCAR Trading"in statistik məlumatına əsasən, ötən il şirkət 50 mln. ton həcmində Azərbaycan mənşəli xam neftin və üçüncü tərəflərin xam neft və neft məhsullarının satışını həyata keçirib. Bu isə 2015-cu ilə nisbətən 6,4% çoxdur.
Bu həcmin 21 mln. tonu Azərbaycan mənşəli xam neft, 29 mln. tonu isə üçüncü tərəflərin xam neft və neft məhsulları olub. Ötən il üçüncü tərəflərin xam neft və neft məhsullarının satışı əvvəlki illə müqayisədə 16% artıb.
"SOCAR Trading" fəaliyyətə başladığı 2008-ci ildə 13 mln. ton həcmində Azərbaycan xam nefti satıb. 2009-cu ildə isə üçüncü tərəflərin neft və neft məhsullarının ticarətinə başlayıb və həmin il 2 mln. ton həcmində üçüncü tərəflərin məhsulu satılıb. 2009-cu ildə Azərbaycan xam neftinin ticarəti isə 20 mln. ton həcmində olub.
2010-cu ildə "SOCAR Trading" 31 mln. ton həcmində satış həyata keçirib ki, bunun da 25 mln. tonu Azərbaycan xam nefti, 6 mln. tonu üçüncü tərəfin məhsulu olub.
2011-ci ildə 38 mln. ton (28 mln. ton Azərbaycan, 10 mln. ton üçüncü tərəfin məhsulu), 2012-ci ildə 39 mln. ton (23 mln. ton Azərbaycan mənşəli, 16 mln. ton üçüncü tərəfin məhsulu), 2013-cü ildə 44 mln. ton (24 mln. ton Azərbaycan, 20 mln. ton üçüncü tərəfin məhsulu), 2014-cü ildə 46 mln. ton (25 mln. ton Azərbaycan, 21 mln. tonu isə üçüncü tərəfin məhsulu), 2015-ci ildə 47 mln. ton (22 mln. tonu Azərbaycan, 25 mln. tonu üçüncü tərəfin məhsulu) həcmində satış həyata keçirilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
















